Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-279/2023 03.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi babayev Samir Hakim oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 mart 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağayev X6 Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(055)-02/2020 saylı icra sənədinin icrası ilə bağlı 10330 manat pulu ödəməmiş və icra məmurunun tələbini icra etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(055)- 02/2020 saylı icra sənədinə əsasən Şəxs 01 avqust 2011-ci ildə anadan olmuş X1, 02 noyabr 2012-ci ildə anadan olmuş X5 və 14 iyul 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 21 noyabr 2019-cu il tarixdən başlanaraq hər ay hər bir uşağa 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmiş, lakin borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir.Borclunun hazırda tələbkara 10330 manat borcu vardır. Məhz bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(055)-02/2020 saylı icra sənədinə əsasən 01 avqust 2011-ci ildə anadan olmuş X1, 02 noyabr 2012-ci ildə anadan olmuş X5 və 14 iyul 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 21 noyabr 2019-cu il tarixdən başlanaraq hər ay hər bir uşağa 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İcra sənədini icra etməməsinin səbəbi maddi vəziyyəti ilə əlaqədardır. Yenicə işə düzəlmişdir. Aliment borcunu ən qısa vaxtda tələbkara ödəyəcəkdir. Əməlindən səmimi peşmandır.Ona görə də, göstərdiklərini nəzərə alaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev X6 Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(055)-02/2020 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-279/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-279/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver