Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-280/2023 06.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 24 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan vermiş olduğu şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 24 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan Saatlı Rayon Məhkəməsinə şikayət etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə qeyd edilən şəxslərin inzibati xətalar haqqında işlər üzrə qərarlardan, barəsində qərar çıxarılmış şəxs tərəfindən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi və bu tip şikayətə baxılması nəzərdə tutulmamışdır. Ona görə də hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 24 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-280/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-280/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver