Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-280/2025 11.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1968-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Qırağlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 19 mart 2025-ci il tarixli İXP № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs 19 fevral 2025-ci il tarixdə saat 17:30-radələrində idarə etdiyi “VAZ 21013” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayon Qırağlı kəndi ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun kənarı ilə Horadiz istiqamətində hərəkətdə olarkən geriyə dönüş edib əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozub avtomobilin sol yan hissəsini öz hərəkət zolağı ilə Horadiz istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “X3” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşduraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “X3” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış və “X3” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 19 fevral 2025-ci il tarixdə saat 17:30-radələrində idarə etdiyi “VAZ 21013” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayon Qırağlı kəndi ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun kənarı ilə Horadiz istiqamətində hərəkətdə olarkən geriyə dönüş edib əks istiqamətli hərəkət zolağına çıxarkən manevr qaydalarını pozmuş, buna görə onun avtomobilinin sol yan hissəsi öz hərəkət zolağı ilə Horadiz istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “X3” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsini törətmişdir. Yol nəqliyyat hadisəsində “X3” markalı avtomobildə sərnişin olan bir nəfər qadın yüngül xəsarət almışdır. Hal-hazırda da etmiş olduğu hərəkətə görə peşmandır. Ailəsində yeganə qazanc gətirən şəxsdir, ailəsinin maddi ehtiyacını idarə etdiyi həmin avtomobil ilə ödəyir, əgər onun sürcülük hüququ məhdudlaşdırılsa maddi vəziyyəti daha da ağırlaşacaqdır. Ona görə də məhkəmədən cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxslər inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə alınması haqqında onlardan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan 12 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, sürücü Şəxs barəsində cinayət işinin başlanılması edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 26 fevral 2025-ci il tarixli 29 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2ının alın nahiyəsində yara küt əşyanın təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 19 fevral 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 26 fevral 2025-ci il tarixli 30 saylı rəyindən görünür ki, Şəxs qarnının ön səthində sol məmə xətti üzrə göbək səviyyəsində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 19 fevral 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 19 fevral 2025-ci il tarixdə saat 17:30-radələrində idarə etdiyi “VAZ 21013” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayon Qırağlı kəndi ərazisindən keçən Hacıqabul- Horadiz avtomobil yolunun kənarı ilə Horadiz istiqamətində hərəkətdə olarkən geriyə dönüş edib əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozub avtomobilin sol yan hissəsini öz hərəkət zolağı ilə Horadiz istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “X3” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşduraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “X3” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış və “X3” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 12 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla Şəxs barəsində cinayət işinin başlanılması edilməklə, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxx 1968-ci ildə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu Qırağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-280/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-280/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver