Məhkəmə qərarları › İş №3(055)-282/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-282/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-282/2025 10.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X8 iştirakı ilə, Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 08 fevral 2025-ci il tarixdə saat 20:45-də Saatlı rayonu ərazisində «M» markalı yedəksiz motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə, həmin motosikletin işıq cihazlarından istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsi ilə və həmin motosikleti idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X9 şikayətlə məhkəməyə müraciət edərək, Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X9 şikayətin dəlillərinə uyğun izahat verərək göstərdi ki, atası X11 2025-ci il fevral ayının əvvəllərində gecə ağır xəstələnmiş və onu təcili yardım maşını ilə Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirmişlər. Sonra ona zəng edib demişlər ki, atasının vəziyyəti ağırdır, təcili Bakıya müalicəyə aparmaq lazımdır. O, xx.xx.2025-ci il tarixdə xəstəxanaya gedib qayıdanda təkrar ona zəng etmişlər ki, atasının vəziyyəti ağırlaşıb, təcili aptekdən ağrıkəsici sistem alıb gətirsin. O, dərman alıb aparıb xəstəxanaya verib motosikletlə evə qayıdanda yol polisi onu saxlatdırmışdır. Həmin vaxt ona bildirmişdir ki, o, içki qəbul edib və buna görə də onu motosikletlə polis şöbəsinə aparmışlar. Həmin gün günorta bir balaca bakal pivə içmiş, sərxoş olmamışdır.. 3 dəfə polisin əlində olan aparata üfürtdürsələr də alkoqol sərxoşluğu müəyyən edən 0,3 promillidən az, 0,225 promilli göstərçişdir. Buna baxmayaraq onun sərxoş vəziyyətdə motosikl idarə etməyim barədə protokol tərtib etmişlər. O, buna razılaşmayaraq imza etməmişdir. Ona demişlər ki, onların yazdıqlarını təsdiq etməsə onu buraxmayacağlar, 15 sutkalığa saldıracaqlar. O, da qorxusundan və atası ağır vəziyyətdə xəstəxanada yatmaqla onun köməynə ehtiyacı olduğundan həbsə düşməmək üçün nə demişlərsə yazmış, dedikləri kağızlara imza etmişdir. Ona demişlər ki, 500 manat pul gətirsin, 100 manat da motosikleti buraxmağa görə almışlar, sənəd verməmişlər. 500 manat pulu aparmışdır ki, poçtdan, bankdan ödəsin, orada baxıb demişlər ki, belə qərar yoxdur. Pulu gətirib polis şöbəsinə vermişdir. Atası prokurora şikayət edəndən sonra qərar yazıb pulun 50 manatını endirib, 450 manatını cərimə kimi yazmışlar. Prokurora şikayət edəndən sonra xx.xx.2025-ci ildə sənədlərin surətini, o cümlədən cərimə qərarının surətini ona vermişlər. Qərarı oxuyandan sonra ona məlum olmuşdur ki, Saatlı RPŞ-nin DYPB-nin polis kapitanı X8 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 342.7, 334.1 vǝ 329.3-cü maddələri ilə 500 manat məbləğində cərimə etmişdir. Ona göndərilən sənədlərdən ona məlum olmuşdur ki, onun sərxoşluq vəziyyətini müəyyən edilməsi üçün protokol yazılmış, lakin o, xəstəxanaya tibbi müayinəyə göndərilməmişdir. Onun adından kompüterdə izahat yazılmış və və ona imza etdirilmişdir. Halbuki həmin sözləri o, deməmiş, orta təhsillidir, yazımağı bacarır, o, sərxoş olmamış, spirtli işki qəbul etməmişdir. Sonda inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşı saxlatdığı gün günorta 1 bokal pivə içmişdir. Polis şöbəsində verdiyi izahatının sonunda olan əlyazma və imza ona məxsusdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X13 izahat verərək göstərdi ki, xx.xx.2025-cü il tarixdə saat 20:30 radələrində, Saatlı Rayon Polis X19 Polis Bölməsinin əməkdaşları Saatlı şəhəri H.Əliyev prospektində xidmətdə olarkən X4 “M” markalı nömrəsiz motosikileti içıq cihazını düzgün istifadə etmədən idarə etdiyi üçün saxlatdırmışlar. X9 motosikileti saxladıqdan sonra YPX-i əməkdaşı yaxınlaşıb ona saxlanılma səbəbini, hüquq və vəzifələrini izah etdikdən sonra onu spirtli içkinin təsiri altında idarə etməyə şübhələndiklərindən onu idarə etdiyi motosikiletlə birlikdə Saatlı RPŞnə dəvət etmişlər. Saatlı RPŞ-də alkotester cihazı ilə X9 nəfəs vermə üsulu ilə müayinə olunmuş və müayinənin nəticəsinə görə onda 0.334 promul alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Aparılmış müayinənin nəticəsi ilə X9 razı olmuşdur. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X9 tərəfindən 500 manat cərimə də ödənilmişdir. X9 şikayətində göstərdiyi dəlillərlə bağlı Saatlı rayon prokurorluğuna da şikayət etmiş, lakin aparılmış araşdırma zamanı onun göstərtdiyi xüsusatlar təsdiqini tapmamışdır. Sonda şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 Ramil Valeh oğlunun göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətin rədd olunmasını xahiş etdi. İşdə olan 08 fevral 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 08 fevral 2025-ci il tarixdə saat 20:45-də Saatlı rayonu ərazisində «M» markalı yedəksiz motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə, həmin motosikletin işıq cihazlarından istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsi ilə və həmin motosikleti idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinmiş bilinmişdir. Həmin protokolu X9 imza edərək sərxoş vəziyyətdə motosikleti idarə etdiyini etiraf etmişdir. İşdə olan 10 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 342.7 və 334.1-ci maddələrlə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan protokollaşdırma nömrəsi 00225 olan xx.xx.2025-ci il tarixli alkotester (seriya nömrəsi ********) qəbzindən müəyyən edilir ki, “X9” adlı şəxsdə alkoqolun miqdarı 0.334 promillidir. İşdə olan ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, 91001427 seriya nömrəli alkometr xx.xx.2024-cü il tarixdə yoxlamadan keçmiş, növbəti yoxlama tarixi xx.xx.2025-ci il tarixdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinəəsasən inzibati xəta haqqında işüzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmişşəxs (75.0.2); inzibati xəta törətməkdəşəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X4 təqsiri Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı qərarda öz təsdiqini tapmışdır. Belə ki, şikayətçi X9 şikayətini əsaslandıran halları məhkəmədə sübut edə bilməmişdir. Ona görə də, Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı qərar qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı qərar əsaslı olduğu üçün X4 verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayət təmin edilməsin. Saatlı Rayon Polis X19 Polis Bölməsinin rəisi X13 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar