Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-284/2024 30.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1967-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Saatlı şəhəri Xətai küçəsi, ev 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(055)-1160/2022 saylı icra sənədinin və Şirvan Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-2(106)-06/2023 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(055)-1160/2022 saylı icra sənədi üzrə ümumilikdə 2748 manat pulu Zərərçəkmiş şəxs2 ödəməli olduğu halda, həmin məbləğdən 01 iyun 2023-cü ildə 150 manat ödəmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-2(106)-06/2023 nömrəli icra sənədi üzrə ümumilikdə 10510 manat pulu Zərərçəkmiş şəxs1 ödəməli olduğu halda, həmin məbləğdən 01 iyun 2023-cü ildə 250 manat ödəmişdir. İcra məmurunun qanuni tələblərinə əməl edə bilməməsinin səbəbi maddi vəziyyətinin ağır olmasıdır, ona vaxt verilərsə hər ay hər icra sənədinə görə 50 manat ödəniş etməyə imkanı vardır. İcra sənədləri üzrə olan borcundan hal-hazırda ödəniş etmək iqtidarında deyildir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(055)-1160/2022 saylı icra sənədi üzrə borclu Şəxs ümumilikdə 2748 manat pul alınaraq onun xeyrinə ödənilməlidir. Lakin, Şəxs 01 iyun 2023-cü ildə ona 150 manat pul ödəmiş, qalan borcunu isə ödəməmişdir. Həmin borcun tam ödənilməsini icra məmurunun vasitəsi ilə Şəxs tələb etsə də, bu günə qədər ona heç bir ödəniş olmamışdır. Ona görə də, icra sənədinin icrasını tam icra olunmasını tələb edir, əks halda Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-2(106)-06/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs ümumilikdə 10510 manat pul alınaraq onun xeyrinə ödənilməlidir. Lakin, Şəxs 01 iyun 2023-cü ildə ona 250 manat pul ödəmiş, qalan borcunu isə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Həmin borcun tam ödənilməsini icra məmurunun vasitəsi ilə Şəxs tələb etsə də, bu günə qədər ona heç bir ödəniş olmamışdır. Ona görə də, icra sənədinin icrasını tam icra olunmasını tələb edir, əks halda Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Şəxs Saatlı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(055)-1160/2022 saylı icra sənədinin və Şirvan Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-2(106)-06/2023 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (беш yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-284/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-284/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver