Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-288/2024 12.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN * * * * * * * saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 3(055)-288/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan X6 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 3(106)-273/2024 saylı qərarı ilə Saatlı Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 3(055)-288/2024 saylı qərarı ləğv edilm iş, iş yenidən baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilməsi qanunsuzdur. Belə ki, o, Saatlı rayonunun Qırağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, evinin yaxınlığındakı 1 ədəd iydə ağacını kəsməsini etiraf edir. Lakin həmin ağac aşdığı üçün kəsmiş və bununla bağlı icazə alınmasından məlumatı olmamışdır. Belə olan halda hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmamalıdır. Sonda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə prosesində iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir. Belə ki, vətəndaş müraciəti əsasında keçirilmiş baxış zamanı X4 Saatlı rayonunun Qıraqlı kəndində 1 ədəd iydə ağacını kəsməsi və nəticədə təbiətə 850 manat ziyan dəyməsi müəyyən edildiyindən tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsi ilə inzibati xəta haqqından protokol tərtib olunmuş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Aparılmış araşdırma zamanı Hikmət İbrəhimov 1 ədəd iydə ağacını kəsməsini etiraf etmişdir. Buradan da görünür ki, X7 “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasının tələblərinə əməl etmədən Saatlı rayonunun Qıraqlı kəndində su təsərrüfatı obyektinin mühafizə zolağındakı yaşıllıq sahədə qanunsuz olaraq 1 ədəd iydə ağacını kəsməklə təbiətə 850 manat ziyan vurmuşdur. Sonda şikayətin təmin edilməməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən tərtib edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İşdə olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 14 fevral 2024-cü il tarixli, 83772 saylı aktından görünür ki, vətəndaş müraciəti əsasında keçirilmiş baxış zamanı X4 Saatlı rayonunun Qıraqlı kəndində 1 ədəd iydə ağacını kəsməsi müəyyən edilmişdir. İşdə olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 14 fevral 2024-cü il tarixli, 83772 saylı aktına əlavədən görünür ki, 1 ədəd iydə ağacının kəsilməsi nəticəsində təbiətə 850 manat ziyan dəymişdir. İşdə olan X4 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə verilmiş izahatından görünür ki, Hikmət İbrəhimov 1 ədəd iydə ağacını aşdıqdan sonra kəsdiyini etiraf etmişdir. İşdə olan Azərbaycan Melorasiya və X16 Səhmdar Cəmiyyəti Saatlı Suvarma Sistemləri idarəsinin xx.xx.2024-cü il tarixli 5/1 nömrəli Arayışında göstərilmişdir ki, X2 iydə ağacı Saatlı Ssi-nin balansında olan “Sabir” kanalının mühafizə zolağında yerləşir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsinə əsasən su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 1.0.12-ci maddəsinə görə yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. Həmin Qanunun 13.1-13.1.6-cı maddələrinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: -dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; -“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; -şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; -ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; -texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; -ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.2-13.4-cü maddələrinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasının 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin əsas anlayışlar adlanan 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur. Su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğulardır. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda öz təsdiqini tapmışdır. Göründüyü kimi, X7 “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasının tələblərinə əməl etmədən Saatlı rayonunun Qıraqlı kəndində su təsərrüfatı obyektinin mühafizə zolağındakı yaşıllıq sahədə qanunsuz olaraq 1 ədəd iydə ağacını kəsməklə təbiətə 850 manat ziyan vurmuşdur. Həmçinin X1 orqan tərəfindən izahatı alınan zaman inzibati xəta törətməsini etiraf etmişdir. Buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 təqsiri tam sübuta yetirilir.X6 iydə ağacı aşdıqdan sonra kəsdiyini göstərsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir.Məhkəmə heab edir ki, şikayətçinin şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmiş, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında işüzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-288/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-288/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver