Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-292/2024 04.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayev Samir hakim oğlunun, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməsi qanunsuzdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, Saatlı rayonunun Sarıcalar kədində yerləşən “Əli” marketdə formalaşan tullantılar onun tərəfindən marketin arxa hissəsində yandırılmışdır. Bununla da guya o, “Tullantılar haqqında” haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Bildirir ki, mağazanın tullantıları mağazanın yaxınlığında yerləşdirilmiş zibil qutularına atılır. Ümumiyyətlə, mümkün deyildir ki, mağazanın tullantıları zibil qutularına deyil, mağazanın ətrafına atılsın. Bundan başqa, onunla Saatlı rayon Sarıcalar bələdiyyəsi arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən ona məxsus mağazanın ətrafında yaranan zibil və tullantıların daşınmasını Saatlı rayon Sarıcalar bələdiyyəsinin öz öhdəsinə götürmüş və bunun müqabilində o, həmin bələdiyyəyə illik 85 manat ödəməklə heç bir məsuliyyət daşımır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 onun barəsində qanunsuz olaraq 30 yanvar 2024-cü ildə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.Ona görə də göstərdiklərini nəzərə alınıb barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, əraziyə baxış keçirilməsi zamanı Saatlı rayonunun Sarıcalar kədində yerləşən “Əli” marketdə olan tullantıların X6 tərəfindən yandırılması, nəticədə “Tullantılar haqqında” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu müəyyən edilmişdir. Odur ki, X1 barəsində 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Vəfadar Əliyev 2000 manat cərimə edilmişdir. Hesab edir ki, X1 barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Ona görə də X1 verdiyi şikayətin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X11 izahatında göstərdi ki, “İİ Qarabağ müharibəsi” qazisidir. Hazırda Saatlı rayonunun Sarıcalar kəndində yaşayır və X3 məxsus “Əli” marketdə bir sıra işlərin yetirilməsinə köməklik edir. Mağazanın sahibi Vəfadar Əliyev ona və digər işçilərə mütəmadi olaraq mağazanın ətrafını səliqəli saxlamaqla bağlı tapşırıqlar verir, o və digər işçilər də hər zaman mağazanın tullantılarını mağazanın yaxınlığında yerləşdirilmiş zibil qutularına atırlar. Mişət tullantıları X6 tərəfindən deyil, onun tərəfindən mağazanın arxasında yandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşdə olan Saatlı rayon Sarıcalar bələdiyyəsi ilə X6 arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən X3 məxsus mağazanın ətrafında yaranan zibil və tullantıların daşınmasını Saatlı rayon Sarıcalar bələdiyyəsi öz öhdəsinə götürmüş və bunun müqabilində Vəfadar Əliyev həmin bələdiyyəyə illik 85 manat ödəməklə heç bir məsuliyyət daşımır. İşdə olan Saatlı rayon Sarıcalar bələdiyyəsinin 30 may 2024-cü il tarixli arayışından görünür ki, X1 Saatlı rayonunun Sarıcalar kəndi ərazisində bələdiyyə torpağından ayrılmış yerdə tikilmiş mağazasının yaxınlığında 0.10 ha həyətyanı torpaq sahəsi vardır və həmin mağazada yaranmış zibil və tullantılar həmin həyətyanı sahədə xüsusi ayrılmış yerdə yandırılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən tullantıların toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. Tullantıların uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. “Tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul qəbul edilərkən “Tullantılar haqqında haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri yoxlanılmamış, tullantıların daşınması ilə əlaqədar şikayətçi X6 ilə Sarıcalar bələdiyyəsi araında müqavilə bağlanması, tulantıların yandırıldığı ərazinin kimə və mülkiyyətin hansı növünə məxsus olması, tullantıların yandırılmasına mağazada işləyən şəxslərin məsuliyyət daşıyıb-daşımaması dəqiqləşdirilməmişdir. Bu hallar isə inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir və qərardan şikayət vermiş şəxsin əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhələr yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cumaddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 barəsində inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-292/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-292/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver