Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-294/2025 21.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarnın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin dəlillərinə uyğun izahat verərək göstərdi ki, o, sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. 2024-cü ilin dekabr ayın yol polis əməkdaşı onu saxlatdıraraq barəsində qeyd edilən qərarların olduğunu bildirmişdir. Ondan sonra o, qeyd edilən qərarlar barədə məlumatlı olmuşdur. Sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarları 2022-ci il tarixdə olmuşdur. 2022-ci ilin tarixdən keçən iki il ərzində onu bir neçə dəfə polis əməkdaşı saxlatdırmış, lakin sürücülük hüququnun məhdudlaşdırıldığı barədə heç bir söz deməmişlər. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş qərarlar qanunsuzur. Göstərilənlərə əsasən qərarların ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Baş X11 İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2nu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarna əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli hər bir qərar üzrə 400 manat, digər hər bir qərar üzrə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.1-ci maddəsinin məzmunundan aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş qaydada inzibati iş üzrə icraat yalnız qeyd edilən maddədə müəyyən edilmiş inzibati xətalar üzrə aparıla bilər. X5 istinad edilən İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xəta olmadığından sonuncunun iştirakı ilə müvafiq araşdırma aparılmadan texniki vasitələrin köməyi ilə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X7 barəsində Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarda İXM-nin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmiş, heç bir sübuta istinad edilmədən qərarlar qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmçinin sürücülük hüququ məhdudlaşdırılmış şəxs olaraq X3 nəqliyyat vasitəsinin idarə etməsinin hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Bundan əlavə, təqdim olunmuş sənədlərdən görünür ki, Baş X11 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunun tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Buradan da görünür ki, X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati xəta haqqında qərarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan vəvətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Buradan görünür ki, inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nəinki öz nümayəndəsinin iştirakını təmin etməmiş, iş üzrə əhəmiyyət kəsb edən müvafiq sənədlərin surətlərini də məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan başqa, araşdırma zamanı müəyyən edildi ki, X7 barəsində olan və Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin yuxarıda qeyd edilən qərarların qəbul edilməsinə səbəb olmuş İXM-nin 529.3-cü maddəsi ilə Saatlı Rayon Məhkəməsində işə baxılmasında iştirak etməmiş, eyni zamanda inzibati xəta haqqında iş materiallarında həm işə baxılmanın vaxtı və yeri barədə məhkəmə bildirişlərinin, həm də Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(055)-621/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(055)-752/2022 saylı və xx.xx.2022-ci il tarixli, 3(055)-907/2022 saylı qərarlarının X5 təqdim edilməsi barədə təsdiqedici sübutlar aşkar edilməmişdir. X7 özü də izahatında Saatlı Rayon Məhkəməsində onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işə baxılmasından məlumatlı olmadığını, bu səbəbdən də məhkəmə iclaslarında iştirak etmədiyini, həmçinin nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müdddətinə məhdudlaşdırılması barədə məhkəmə qərarını almadığını, bu barədə yalnız polis əməkdaşları tərəfindən ona məlumat verildiyini bildirmişdir. Belə olan halda İXM-nin 57-ci maddəsinin tələbləri baxımından sözügedən məhkəmə bildirişləri və qərarları X5 rəsmi qaydada verilmiş hesab oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolların qanunun tələblərinə riayət edilməklə tərtib olunması yoxlanılmalı, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqların və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmalı, nəqliyyat vasitəsini idarə edib-etməməsi təkzibolunmaz sübutlarla müəyyən edilməli, inzibati xəta haqqında protokollarda göstərilən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların məcmusu ilə birlikdə araşdırılmalıdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, şikayət qismən təmin olunmaqla X7 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati xəta haqqında qərarlar ləğv edilməli, X7 barəsində inzibati xəta haqqında işlər yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d i: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/18387722 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18608472 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/18701148 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19059211 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/19134660 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20172750 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317672 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/20317005 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255172 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21269302 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21255042 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692088 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/21692218 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22012717 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22326818 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/22797666 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23217545 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23663034 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/24678855 nömrəli inzibati xəta haqqında qərarlar ləğv edilsin. X7 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-294/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-294/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver