Məhkəmə qərarları › İş №3(055)-295/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-295/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-295/2024 23.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsinın mümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 06 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs MMC tərəfindən Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsinə 2023-cü ilin 4-cü rübü üzrə 4-əmək №-li rüblük, 12-xidmət №-li rüblük, 2023-cü il üzrə 1-əmək №-li illik, 1-müəssisə №-li illik rəsmi statistika hesabatları təqdim edilməmişdir. Nəticə İXM-nin 389-cu maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsinın mümayəndəsi X2 izahatında göstərdi ki, “Rəsmi statistika haqqında” Qanunun 11-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Şəxs MMC tərəfindən Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsinə 2023-cü ilin 4-cü rübü üzrə 4-əmək №-li rüblük, 12-xidmət №-li rüblük, 2023-cü il üzrə 1-əmək №-li illik, 1-müəssisə №-li illik rəsmi statistika hesabatları təqdim edilməmişdir.Halbuki bununla bağlı MMC-yə15 sentyabr 2023cü il tarixli, 3-34-71/2-143/2023 və 02 may 2024-cü il tarixli, 3-34-71/2-88/2024 saylı məktublar göndərilməsinə baxmayaraq rəsmi statistika hesabatları təqdim olunmamışdır. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 15 sentyabr 2023-cü il tarixli, 3-34-71/2-143/2023 saylı məktubdan görünür ki,Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsi tərəfindən “Rəsmi statistika haqqında” Qanunun tələblərinə əsasən aylıq, rüblük və illik statistika hesabatları və uçot vahidlərinin idarəyə təqdim olunması barədə Şəxs MMC-yə məktub göndərilmişdir. İşdə olan 02 may 2024-cü il tarixli, 3-34-71/2-88/2024 saylı məktubdan görünür ki,Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsi tərəfindən “Rəsmi statistika haqqında” Qanunun tələblərinə əsasən aylıq, rüblük və illik statistika hesabatları və uçot vahidlərinin idarəyə təqdim olunması barədə Şəxs MMC-yə məktub göndərilmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, “Rəsmi statistika haqqında” Qanunun 11-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin dispozisiyasına görə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 15 sentyabr 2023-cü il tarixli, 3- 34-71/2-143/2023 və 02 may 2024-cü il tarixli, 3-34-71/2-88/2024 saylı məktublar göndərilməsinə baxmayaraq Şəxs MMC tərəfindən 2023-cü ilin 4-cü rübü üzrə 4-əmək №-li rüblük, 12-xidmət №-li rüblük, 2023-cü il üzrə 1-əmək №-li illik, 1-müəssisə №-li illik rəsmi statistika hesabatları Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika idarəsinə təqdim edilməmiş, nəticədə İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-32-83 www. Elektron ünvan № 3(055)-295/2024 “____” ____________ 2024-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinə Saatlı Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə üzrə 23 may 2024-cü il tarixli, 3(055)- 295/2024 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: “03” vərəqədə. Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar