Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-296/2024 08.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx xxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 may 2024-cü il tarixdə sərxoş vəziyyətdə Saatlı rayonunun Əliabad kəndində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Saatlı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 izahatında göstərdi ki, vətəndaş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Xidməti Mərkəzinə müraciəti əsasında polis əməkdaşları Şəxs yaşadğı Saatlı rayonunun Əliabad kəndinə getmişlər. Polis əməkdaşları həmin vaxt Şəxs Saatlı RPŞ-yə dəvət etsələr də, sonuncu sərxoş halda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 07 may 2024-cü il tarixdə yaşadığı Saatlı rayonunun Əliabad kəndində bir qədər spirtli içki içdikdən sonra yatmışdır. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Xidməti Mərkəzinə müraciəti əsasında həyətinə gələn Saatlı rayon Polis Şöbəsinin əməkdaşları onu Saatlı RPŞ-yə dəvət etmişlər. İçkili olduğundan polis əməkdaşlarının sözünə məhəl qoymamış və onların qanuni tələblərinə tabe olmamışdır. Halhazırda etdiyi hərəkətin səhv olduğunu başa düşmüşdür və bundan sonra belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik olunmasını məhkəmədən xahiş etdi. X2 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Məhəmməd Atakişiyev və digər polis əməkdaşları ilə birlikdə vətəndaş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Xidməti Mərkəzinə müraciəti əsasında Şəxs yaşadğı Saatlı rayonunun Əliabad kəndinə getmişlər. Şəxs Saatlı RPŞ-yə dəvət edərkən sonuncu sərxoş halda onların qanuni tələblərinə qəsdən tabe olmayaraq Saatlı RPŞ-yə getməkdən imtina etmişdir. Ona görə də Şəxs məcburi qaydada Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 07 may 2024-cü il tarixli 75 saylı protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 25(iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 07 may 2024-cü il tarixdən saat 17:35 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-296/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-296/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver