Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-300/2023 07.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Protokol tərtib etmiş şəxs X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonunun Əbilkən kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 07 mart 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X9 Filialının inzibati binasında ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 07 mart 2023-cü il tarixli MN № ******* protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X17 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 07 mart 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X9 Filialının inzibati binasında yandırıcı maddədən istifadə edərək yanğın hadisəsi törətmiş, həmçinin ünvansız nalayiq söyüşlər söymüş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, özünü təqsirli bilmir. 07 mart 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X9 Filialının inzibati binasına gedərək orda işləyən əməkdaşın qəbulunda olmuş, ondan işlə təmin olunmağını və ya ona təsərrüfat verilməsini xahiş etmişdir. Həmin idarənin əməkdaşı hazırda onun işlə təmin oluna bilməyəcəyini, bir müddət əvvəl isə ona təsərrüfat verildiyini bildirərək, yenidən təsərrüfat verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra əsəbiləşdiyi üçün inzibati binanı tərk etmiş, bir müddət sonra isə benzin alaraq yenidən həmin binaya yaxınlaşmış və benzini yandıraraq həmin binanın giriş hissəsini yandırmışdır. Daha sonra ünvansız nalayiq söyüşlər söyməyə başlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X2 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X9 Filialının əməkdaşıdır. 07 mart 2023-cü il tarixdə əməkdaşı olduğu idarədə işdə olarkən Şəxs işlə təminolunma və ya ona təsərrüfat verilməsi ilə bağlı idarənin digər əməkdaşının qəbulunda olarkən əməkdaş ona hazırda işlə təminolunmanın mümkün olmadığını, bir müddət əvvəl isə verilən təsərrüfatı satdığı üçün ona yenidən təsərrüfat verilə bilməyəcəyini bildirdi. Bundan sonra Şəxs idarəni tərk etmiş, təxminən 15 dəqiqədən sonra əlində yandırıcı maddə ilə geri qayıdaraq inzibati binanın giriş hissəsini yandırmış və ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. X6 oğlu digər X2nun izahatına uyğun izahat verdi. X3 izahatında bildirdi ki, Saatlı RPŞ-nin əməkdaşıdır. 07 mart 2023-cü il tarixdə şəhərin H.Əliyev prospektində digər polis əməkdaşı X5 ilə xidmətdə olarkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X9 Filialının inzibati binasında səs-küy gəldiyini eşidərək həmin binaya yaxınlaşmışlar. Binaya yaxınlaşan zaman əvvəllər tanımadığı bir şəxsin yandırıcı maddə ilə həmin binanın giriş hissəsini yandırdığını və yüksək səslə ünvansız nalayiq söyüşlər söydüyün görmüşdür. Bu zaman həmin şəxsi nizam-intizama dəvət etsə də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Ona görə də, Saatlı RPŞ-yə raportla müraciət etmiş və Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X1 digər X3nun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 07 mart 2023-cü il tarixdən saat 10:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-300/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-300/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver