Məhkəmə qərarları › İş №3(055)-300/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-300/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-300/2025 11.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Saatlı rayonunun Çolpı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 10 aprel 2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(055)-523/2024 saylı qərarının icrasını təmin etməmiş və ictimai işlər növündə inzibati tənbehin icrasından boyun qaçırmışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(055)-523/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh seçilmişdir. Lakin Şəxs ictimai işlər inzibati tənbeh növünü çəkməkdən qəti surətdə imtina etmiş, yəni iş yerinə getməmiş, elektron nəzarət vasitəsi gəzdirməmişdir. Ondan dəfələrlə məhkəmə qərarının icrası tələb olunsa da, nəticə olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(055)-523/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh seçilmişdir. Yaşadığı kənddə fəhləlik etdiyindən və maddi imkanı olmadığından Saatlı şəhərinə gəlib ona tapşırılmış işləri yerinə yetirə bilməmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saatlı Rayon Məhkəməsinin 19 noyabr 2024cü il tarixli, 3(055)-523/2024 saylı qərarı üzrə icra məmurunun qanuni tələblərinə əməl etməmiş və ictimai işlər növündə inzibati tənbehin icrasından boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin dispozisiyasına görə ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni üç ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 11 aprel 2025-ci il tarixdən saat 09:50 dəqiqədən hesablansın. Saatlı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(055)-523/2024 saylı qərarının icrasına xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar