Məhkəmə qərarları › İş №3(055)-301/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-301/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-301/2025 14.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə xx xxxxxxx 1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Bəylər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra qeydinə əsasən 2000 manat borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bundan başqa, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)- 58/2024 saylı icra sənədinə əsasən 8141,5 manat borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 göstərdi ki, Şəxs Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra qeydi üzrə ödənilməmiş qalan 2000 manat borcunu və Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı icra sənədi üzrə ümumilikdə 8141,5 manat borcunu ödəməkdən yayınaraq onun qanuni tələblərinə əməl etməmişdir. Bununla əlaqədar olaraq icaatında olan həmin icra sənədi üzrə məcburi icra tədbirləri aparmaqla borclunun qeydiyyatda olduğu ünvanda əmlakına baxış keçirmiş, borca yönəldiləsi əmlak aşkar olunmamış, həmçinin də borclu Şəxs onun çağrışlarına gəlməkdən imtina etdiyindən borclunun barəsində qəbul etdiyi axtarış elan edilməsinə dair qərarı icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərmiş, bu gün borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ondan izahat alınmış, lakin borclu Şəxs maddi vəziyyətini əsas gətirərək icra sənədləri üzrə ödənilməmiş qalan borclarını tələbkarlara ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i- 1948 nömrəli icra qeydi üzrə olan borcundan tələbkar X11 ödənişlər etmiş və hazırda icra qeydi üzrə 2000 manat ödənilməyən borcu qalmışdır. Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı icra sənədi üzrə isə ödəniş edə bilməməsinin səbəbi həmin icra sənədində qeyd edilən avadanlıqların təzəsini alıb tələbkar X3 təhvil vermək istəməsi olmuşdur. Lakin, hal-hazırda həyat yoldaşının xəstə olması, Bakı şəhərində kirayədə yaşaması və maddi vəziyyətinin yaxşı olmaması avadanlıqları almasına imkan verməmişdir. Odur ki, ona üç ay vaxt verilərsə Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı icra sənədi üzrə olan borcunu tələbkara ödəyəcəyinə söz verir. Əks təqdirdə borcunu ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. X1 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra üzrə ödəniş etmiş, Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı icra sənədi üzrə isə üç ay vaxt istəyir ki, həmin vaxt ərzində borcunu ödəsin. Buradan görünür ki, Şəxs əməlində icra sənədlərinin icrasından yayınma halı yoxdur. Ona görə də məhkəmədən Şəxs atasının yaxın günlərdə ürək əməliyyatından çıxmasının, arvadının hazırda xəstəxanada müalicə almasının və borcları ödəmək üçün maddi vəziyyətinin yaxşı olmamasının nəzərə alınaraq inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i- 1948 nömrəli icra qeydindən görünür ki, borclu Şəxs 3520 manat alınaraq tələbkar X11 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra qeydi 12 yanvar 2022-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxsn 31 oktyabr 2022-ci il tarixli izahatından görünür ki, Şəxs Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra qeydi üzrə tələbkarla razılıq əldə edəcəyinə və bu razılığa görə hər ay 50 manat pul ödəyəcəyinə, ödəniş qəbzlərini icra məmuruna təqdim edəcəyinə söz vermişdir, əks təqdirdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti daşıyacağı ona izah edilmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)- 58/2024 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs təkər təmiri avadanlıqları, yəni dəyəri 1800 manat olan 1 ədəd təkər çıxaran, dəyəri 700 manat olan 1 ədəd kompressor, dəyəri 250 manat olan 1 ədəd tapança və nabor, dəyəri 15 manat olan 1 ədəd təkər açan, dəyəri 60 manat olan 1 ədəd 20 metr ölçüdə rezin boru, dəyəri 25 manat olan 1 ədəd hava təzyiqi ölçən aparat, dəyəri 30 manat olan 1 ədəd balans aparatının yükü (100 qram) və dəyəri 3500 manat olan 1 ədəd balans aparatı saz vəziyyətdə alınaraq iddiaçı X4 verilməlidir, həmin avadanlıqlar olmadıqda və ya saz vəziyyətdə olmadıqda avadanlıqların dəyəri olan 6380 (altı min üç yüz səksən) manat cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməlidir. 06 mart 2023-cü ildən 06 avqust 2023-cü il tarixədək ödənilməmiş icarə haqqı məbləği olan 1150 (bir min bir yüz əlli) manat cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 111 (bir yüz on bir) manat 50 (əlli) qəpik cavabdeh Şəxs alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh Şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı icra sənədi 21 iyun 2024-cü il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxsn 03 iyul 2024-cü il tarixli izahatından görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)-58/2024 saylı qətnaməsindən məlumatının olmamasını, həmin qətnaməni əldə edib apellyasiya şikayəti verəcəyini qeyd etmiş, əks təqdirdə məsuliyyət daşıyacağı ona izah edilmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra qeydinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar olunmamışdır. İş materiallarında olan Saatlı RPŞ-nin 10 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Saatlı RPŞ-ci tərəfindən 08 oktyabr 2024-cü il tarixdə 700532 nömrəli axtarış işi açılmışdır. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 8i-1948 nömrəli icra qeydi üzrə 2000 manat borcu tələbkar X11 ödəməkdən və Saatlı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(055)- 58/2024 saylı icra sənədi üzrə olan təkər təmiri avadanlıqlarını saz vəziyyətdə tələbkar X4 verməkdən, həmin avadanlıqlar olmadıqda və ya saz vəziyyətdə olmadıqda avadanlıqların dəyəri olan 6380 manat pulu və 06 mart 2023-cü ildən 06 avqust 2023-cü il tarixədək ödənilməmiş icarə haqqı məbləği olan 1150 manat pulu tələbkar X4 verməkdən, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx xxxxxxx 1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Bəylər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 14 aprel 2025-ci il tarixdən saat 14:55 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar