Məhkəmə qərarları › İş №3(055)-310/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-310/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-310/2024 30.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Saatlı rayonunun Gomuşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 aprel 2024-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs idarə etdiyi “Ford Transit” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olarkən yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təşkil etməmişdir. İnzibati xəta haqqında materialı nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, son əməlin aşkara çıxarıldığı yer davam edən inzibati xətanın başa çatdığı yer kimi müəyyən edilməlidir. İş materiallarından da göründüyü kimi Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məssuliyyət nəzərdə tutulmuşdur. Hesab edirəm ki, maddənin dispozisiyasından qeyd olunan hərəkətləri etməməklə şəxs inzibati xətanı törətməkdə davam edir. Ona görə də qeyd edilən inzibati xəta davam edən inzibati xəta kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından da göründüyü kimi davam edən inzibati xətanın başa çatdığı yer son əməlin aşkara çıxarıldığı yer kimi müəyyən edilir. İş materiallarından da göründüyü kimi, 17 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xəta Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun ərazisində aşkar edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi yeri İsmayıllı rayonu hesab olunmalıdır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması haqqında vəsatət təqdim etməmiş, eləcədə də, məhkəmə iclasında Şəxs belə bir vəsatət daxil olmamışdır. Buradan da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə Saatlı Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən belə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar