Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-313/2025 18.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1973-cü il tarixdə Saatlı rayonu Gomuşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 aprel 2025-ci il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 aprel 2025-ci il tarixdə saat 01 radələrində Saatlı rayonu Gomuşçu kəndi ərazisində sərxoş halda nalayiq sözlər işlədərək Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Saatlı rayonu Gomuşçu kəndində yaşayır və İ Qarabağ müharibəsi iştirakçısıdır. 18 aprel 2025-ci il tarixdə saat 01 radələrində əmisi oğlu Niyazın avtomobilində arxada əyləşərək sərnişin kimi Saatlı rayonu Qaracalar kəndindən Saatlı rayonu Gomuşçu kəndində gedərkən Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları əmisi oğlu Niyazın idarə etdiyi avtomobilə saxla əmri vermiş, lakin əmisi oğlu avtomobili saxlamamış, poilisin təkrar saxla əmrindən sonra Niyaz avtomobili saxlamışdır. Həmin vaxt o polis əməkdaşlarına üzrhaqlıq etmək üçün avtomobildən düşmüş, bu vaxt Niyaz yenə də avtomobili idarə edərək getmiş, polis əməkdaşları da oz avtomobilləri ilə onun arxasınca getmişlər. Bir qədər sonra Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Saatlı Rayon Polis Şöbəsinə gəlməsini təklif etmişlər və o da polis əməkdaşlarının tələblərinə tabe olaraq onlarla birlikdə Saatlı RPŞ-nin inzibati binasına getmişdir. O, yerdən daş götürüb polis əməkdaşlarına atmamış, heç bir nalayiq söyüş söyməmiş, bu faktı orada olan iki nəfər polis əməkdaşı təsdiq edə bilərlər. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, 18 aprel 2025-ci il tarixdə saat 01 radələrində Saatlı rayonu Gomuşçu kəndi ərazisində Saatlı Rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru, polis baş serjantı Eyvaz Yaqubov və Ramil Muradov birlikdə xidmətdə olarkən “Kia Sorento” markalı **-OR-*** dövlət nömrə nişanlı avtomobilin işıq cihazları nasaz olduğuna görə saxlatmışlar, lakin avtomobili idarə edən sürücünün sərxoş olmasını müəyyən etdikdən sonra avtomobildə arxada əyləşən Şəxs avtomobildən düşərək polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməyə mane olmuş, nalayiq ifadələr işlətmiş, hətta yerdən daş götürərək YPX-nin avtomobilinə atmış, amma polis əməkdaşları avtomobili idarə edib oradan kənarlaşıb Saatlı Rayon Polis Şöbəsinin PPXnin əməkdaşlarının həmin əraziyə gəlməsini bildirmişlər. Bundan sonra polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, o söyüşlərini davam etdirmişdir. Daha sonra Şəxs Saatlı RPŞ-nə gətirmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3, polis kapitanı X2 izahatında göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş materiallarına sübut növü kimi əlavə edilmiş hadisənin əks olunduğu diskə baxış keçirilərkən görüntülərdə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və yerdən daş götürərək polislərə atması aşkar edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta tərkibi yoxdur və ona görə də həmin maddə ilə icraata xitam verilməlidir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 18 aprel 2025-ci il tarixdə saat 01 radələrində ictimai yerdə sərxoş halda ünvansız nalayiq söyüşlər söymüşdür və ona görə də onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. 18 aprel 2025-ci il tarixli MN № ******* saylı protokolda Şəxs 18 aprel 2025-ci il tarixdə saat 01 radələrində ictimai yerdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması göstərilsə də, məhkəmə araşdırması zamanı hadisəni əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və yerdən daş götürərək polislərə atması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hallardan biri üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 aprel 2025-ci il tarixdə saat 01 radələrində ictimai yerdə nəlayiq söyüşlər söyməsi şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi e-Sosial portalından 18 aprel 2025-ci il tarixdə edilmiş çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarının iştirakçısı kimi təqaüd alır . Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarının iştirakçısı olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Materiala əlavə edilmiş 18 aprel 2025-ci il tarixli, 229 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs 18 aprel 2025-ci il tarixdə müayinə olunarkən onda yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 18 aprel 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətaya görə 18 aprel 2025-ci il tarixdə saat 04:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək cərimə cəzası onun barəsində olan 18 aprel 2025-ci il tarixli inzibati qaydada tutma protokolu nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında fiziki şəxslər üçün nəzərdə tutulan bir yüz manatadək məbləğdə cərimənin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: xx xxxx 1973-cü il tarixdə Saatlı rayonu Gomuşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-313/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-313/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver