Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-317/2025 14.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək göstərdi ki, 30 mart 2025-ci il tarixdə saat 22:45 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz AXOR 1840LS YÜK” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində quraşdırılmış elektron tərəzi onun idarə etdiyi nəqliyyat vasitəsində olan 40090 kq faktiki yükün çəksini 42680 kq yük daşıma qeydə alınmışdır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə Baş X9 İdarəsi tərəfindən 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və həmin qərarla da 1200 manat cərimə edilmişdir. O, barəsində olan inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Belə ki, 30 mart 2025-ci il tarixdə saat 18:54 radələrində Sabirabad rayon Bulaqlı kənd ərazisində yerləşən dövlət sertifikatlı çəkiyə nəzarət məntəqəsinə daxil olaraq idarə etdiyi yük maşınındakı yükün çəkisini yoxlatdırmış və ona verilmiş tərəzi qəbzində yükün çəkisinin 40090 kiloqram olması qeyd edilmişdir. Bu hal isə onun idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük daşımasını sübut edir. Lakin, idarə etdiyi nəqliyyat vasitəsinin maksimal yük kütləsinin 40000 kq, faktiki yük kütləsinin isə 42680 kq (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq nəzərə alınmaqla) olmasını inzibati xəta haqqında qərarla birlikdə ona təqdim edilmiş inzibati xətanın qeydə alındığı fotoşəkillə müəyyən edilir. O, əvvəllər də eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, təqsirli bildindiyi İnzibati Xətalar Məcəlləsindəki maddə ilə cərimə edilmiş başqa vətəndaşların barələrində olan inzibati xəta haqqında qərarın ləğvi ilə bağlı digər rayon məhkəmələrinin qərarlarını da şikayətinə əlavə etmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X2 barəsində olan inzibati xəta haqqında qərarın ləğvi üçün qeyd etdiyi xüsusatlara, yəni “Mercedes Benz AXOR 1840LS YÜK” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 40090 kiloqram yük götürdüyü barədə qəbz verən müəssisənin imzalı və möhürlü sənədini və həmin müəssisənin hüquqi statusunu təsdiq edən rekvizitli sənədi sübut olaraq məhkəməyə təqdim etməsi üçün əvvəlki məhkəmə iclasını təxirə alaraq başqa vaxta təyin etmiş, lakin şikayətçi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Baş X9 İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 02 oktyabr 1993-cü ildə doğulmuş X5 30 mart 2025-ci il tarixdə, saat 22:45 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsində (M-2 47,9 km. Bakı şəhəri istiqamətində) etibarnamə əsasında “Mercedes Benz AXOR 1840LS YÜK” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan (Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi) inzibati xətanın törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda həmçinin X4 izah edilmişdir ki, barəsində tərtib edilmiş EQ 27012553 saylı qərarda göstərilən inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və video materiallar əlavə olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş inzibati xətanın qeydə alındığı fotoşəkildən görünür ki, xx.xx.2025-ci il, saat 22:45-də “Mercedes Benz AXOR 1840LS YÜK” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinin faktiki kütləsi 42680 kq olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş hansı fiziki və ya hüquqi şəxs tərəfindən verilməsi məlum olmayan, müəssisənin möhürü və ya ştampı olmayan, hüquqi statusu bilinməyən, səlahiyyətli şəxsin adı və imzası olmayan tərəzi qəbzlərində aşağıdakılar qeyd olunmuşdur: Çek№:34054, Giriş:xx.xx.2025-ci il, saat 18:54:18, Çıxış:xx.xx.2025-ci il, saat 18:54:18, Qeydiyyat nişanı:**-HG-***, Şirkət:---, Nəqliyyat növü:Mercedes, Hardan-hara:- --, Sürücü:---, Brutto:40090 kq, Tara:12600 kq, Netto:27490 kq, Yükün adı:Qum. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə X3 aid olan ölçmə vasitəsinin yoxlanması haqqında şəhadətnamədir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 2 nömrəli cədvəlində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X5 isə barəsində tərtib edilmiş EQ 27012553 saylı inzibati xəta haqqında qərarın əsassız olmasını 40090 kiloqram yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X5 idarə etdiyi yük maşınında daşıdığı yükün 40090 kq olmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi hansı fiziki və hüquqi şəxs tərəfindən verilməsi qeyd edilməyən, səlahiyyətli şəxsin imzası, ştamp və ya möhürlə təsdiq edilməyən qəbzlər isə (kağız parçaları) şikayətçinin icazə verilən norma daxilində yük daşıdığını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin qəbzlər istənilən şəxs tərəfindən kompüterdə tərtib oluna bilər. Eyni zamanda şikayətçinin təqdim etdiyi X3 aid olan ölçmə vasitəsinin yoxlanması haqqında şəhadətnamə və tərəzi qəbzlərinin bir-biri ilə əlaqəli olmasını, həmin qəbzlərin şəhadətnamədə qeyd olunan ölçmə vasitəsinin sahibi tərəfindən verilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin də başqa şəxslərin barələrində olan digər rayon (şəhər) məhkəmələrinin qərarlarını da şikayətçinin məhkəməyə təqdim etməsi o demək deyil ki, həmin qərarlar əsas götürülərək şikayətçinin etmiş olduğu inzibazi xəta haqqında icraata da xitam verilməlidir. Şikayətçinin son bir il ərzində eyni xətanı törətməsi də nəzərə alınmaqla buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı 02 oktyabr 1993-cü ildə Saatlı rayonunda doğulmuş, Saatlı şəhəri M.F.Axundov küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 30 mart 2025-ci il tarixli EQ 27012553 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-317/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-317/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver