Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-319/2025 23.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı rayon Polis Şöbəsinin DYP-nin YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx xxxxxxxx 1999-cu ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.4 və 511.1.1-ci maddələri ilə Saatlı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 22 aprel 2025-ci il tarixdə saat 18:00-da Saatlı rayonu ərazisində idarə etdiyi “Mercedes Benz C300 MİNİK” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, avtoxuliqanlıq hərəkətləri etmişdir. Şəxs barəsində Saatlı rayon Polis Şöbəsinin DYP-nin YPX inspektoru, polis baş serjantı X3 tərəfindən 22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.4 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 22 aprel 2025-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Mercedes Benz C300 MİNİK” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri H.Əliyev prospektində dairədən “Xəyal” şadlıq evi istiqamətində avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Hazırda o, öz səhvini başa düşür və törətdiyi əməldən çox peşmandır. Bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı rayon Polis Şöbəsinin DYP-nin YPX inspektoru, polis baş serjantı X3 izahatında göstərdi ki, 22 aprel 2025-ci il tarixdə saat 18:00-da Saatlı rayonu ərazisində idarə etdiyi “Mercedes Benz C300 minik” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Şəxs hərəkətlərində avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olduğundan, 22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.4 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq qərəzli hərəkətlər etmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.4 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan videogörüntülərin əks olunduğu diskdən görünür ki, Şəxs 22 aprel 2025-ci il tarixdə təxminən saat 18 radələrində Saatlı rayonu H.Əliyev prospektində idarə etdiyi «Mercedes Benz C300 minik» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy karvanında olan avtomoblilləri davamlı şəkildə ötərək avtoxuliqanlıq hərəkətləri etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2, 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 34-cü maddəsinin şərh edilməsinə dair 2 sentyabr 2020-ci il tarixli Qərarına görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmçinin həmin Qərarda göstərilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Odur ki, məhkəmə inzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını nəzərə alaraq hesab edir ki, tərtib olunmuş inzibati prtokola əsasən Şəxs təqsirli bilindiyi maddələrdən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəmə yalnız həmin maddə üzrə şəxsin əməlinə hüquqi qiymət verə bilər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin tələbinə görə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, vidoegörüntüləri əks etdirən CD disk, tərəflərin izahatları və işin digər halları ilə Şəxs 22 aprel 2025-ci il tarixdə təxminən saat 18 radələrində Saatlı rayonu H.Əliyev prospektində avtoxuliqanlıq etməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf edib əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-319/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-319/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver