Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-323/2025 15.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X22, Saatlı rayon prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X3 iştirakı ilə, Hüquqi şəxs «X24» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Saatlı rayon prokuroru, baş ədliyyə müşaviri X16 xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla hüquqi şəxs «X24» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq inzibati icraata materialları baxılması üçün aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati icraatın başlanılmasına səbəb kimi «X24» MMC direktoru X30 əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X17 2024-cü ilin noyabr və dekabr aylarında, X18 2024-cü ilin oktyabr ayından hazırki vaxtadək, X10 2022-ci ilin dekabr ayından hazırki vaxtadək çörəkbişirən, X15 2024-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayınadək fəhlə (çörəkyığan) və X4 2025-ci ilin fevral ayından hazırki vaxtadək texnik vəzifələrində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Saatlı rayon prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X11 inzibati izahat verərək bildirmişdir ki, “X24” MMC-nin direktoru X30 əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X17 2024-cü ilin noyabr və dekabr aylarında, X18 2024-cü ilin oktyabr ayından hazırki vaxtadək, X10 2022-ci ilin dekabr ayından hazırki vaxtadək çörəkbişirən, X15 2024-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayınadək fəhlə (çörəkyığan) və X4 2025-ci ilin fevral ayından hazırki vaxtadək texnik vəzifələrində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar X12, X13, X7, X9 və X2 izahatları, “X6 Sistemi” vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokolla, həmçinin Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-23374/2025 saylı məktub ilə təsdiq olunur. Araşdırma zamanı X25 izahatında göstərmişdir ki, X24 MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin noyabr və dekabr ayında 2 ay çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 7-dən səhər saat 7-dək işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı X8 izahatında göstərmişdir ki, X24 MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2025-ci ilin fevral ayından hazırki tarixədək texnik işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, onunla əmək müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı X23 izahatında göstərmişdir ki, X24 MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2022-ci ilin dekabr ayında hazırki tarixədək çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq əməkhaqqısı 450 manat olmuş, iki növbəli yəni səhər saat 08-dən saat 13-dək, axşam saat 08-dən səhər saat 03dək işləmişdir. Araşdırma zamanı X26 izahatında göstərmişdir ki, X24 MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin oktyabr ayından hazırki tarixədək çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 8-dən səhər saat 7-dək işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı X5 izahatında göstərmişdir ki, X24 MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin sentyabr-dekabr aylarında yəni 4 ay fəhlə (çörək yığan) işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 20-dən səhər saat 04-dək işləmiş onunla əmək müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı X30 izahatında göstərmişdir ki, “X24” MMC-nin direktoru vəzifəsində işləyir. MMC-nin təsisçisi X27 onun atasıdır, MMC-nin əsas fəaliyyəti hazırda ancaq çörək istehsalından ibarət olmuş, MMCnin hüquqi ünvanı ünvan 1 kəndində yerləşən çörəkbişirmə sexidir. Çörəkbişirən sexi faktiki olaraq fəaliyyət göstərir və gündə 1500 çörək bişirilir. MMC-nin fəaliyyəti ilə o şəxsən o məşğul olmuş, atası X27 MMC-nin fəaliyyəti ilə məşğul olmamış, faktiki olaraq sözügedən çörək zavodunda işləyən şəxlərin adlarını bilmir. Həmin işçilərin adlarını bilməsə də işçilərin əmək müqavilələri olmuşdur. X19 çörəkbişirmə zavodunun faktiki fəaliyyət göstərməsini və gün ərzində 1500 ədəd çörək bişirilməsini bildirməsinə baxmayaraq, Elektron prokurorluq informasiya sistemindən çıxarılmış arayışdan MMC-nin işçilərinin əmək müqavilələrinin olmaması ziddiyyəti ilə bağlı verilən suala sonuncu aydınlıq gətirə bilməmişdir. Araşdırma materialında olan xx.xx.2025-ci il tarixli “X6 Sistemi” vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X24 MMC-ə məxsus şirkət işçi məlumatlarından X33 (fəhlə) və X14 (direktor) başqa hər hansı aktiv əmək müqaviləsi mövcud deyildir. X1, X26, X8, X23 və X21 “X24” MMC-də əmək müqaviləsi bağlamaqla hər hansı vəzifədə rəsmi qaydada işləməmişdirlər. Araşdırma materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-23374/2025 saylı məktubunda göstərilir ki, “X24” MMC xx.xx.2006-cı il tarixdə 0606-S4-454 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2016-cı il tarixdə isə ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi X27, rəhbəri X30, nizamnamı kapitalı 4 manat, hüquqi ünvanı isə ünvan 2dən hüquqi şəxsin əsas fəaliyyət növü “Çörək istehsalı (1071003)”, digər fəaliyyət növü isə “Pendir və kəsmik istehsalı (1051201)” kimi qeyd olunmuşdur. “X24” MMC-nin sahibkarlıq fəaliyyəti hazırda aktiv vəziyyətdədir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən xx.xx.2025-ci tarixdə Saatlı rayon Sarıcalar kənd sakini X20 arvadı X25 və digərlərinin “X24 MMC”-nin nəzdində olan Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörəkbişirmə zavodunda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri ilə bağlı daxil olmuş müraciətdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas AR İXM-nin 99.2-ci maddəsinə əsasən şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasıdır. Göstərilənlərə əsasən, inzibati icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs «X24» MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs «X24» MMC-yə lazımi qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs «X24» MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirmişdir ki, “X24” MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin sentyabr-dekabr aylarında yəni 4 ay fəhlə (çörək yığan) işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 20-dən səhər saat 04-dək işləmiş onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid X25 izahat verərək bildirmişdir ki, “X24” MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin noyabr və dekabr ayında 2 ay çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 7-dən səhər saat 7-dək işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirmişdir ki, “X24” MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2025-ci ilin fevral ayından mart ayınadək texnik işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid X23 izahat verərək bildirmişdir ki, “X24” MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2022-ci ilin dekabr ayında 15-20 gün əvvələdək çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq əməkhaqqısı 450 manat olmuş, iki növbəli yəni səhər saat 08-dən saat 13-dək, axşam saat 08-dən səhər saat 03-dək işləmişdir. Məhkəmə iclasında şahid X26 izahat verərək bildirmişdir ki, “X24” MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayının 5-dək tarixədək çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 8-dən səhər saat 7-dək işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X24» MMC tərəfindən X25, X26, X23, X21 və X8 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, «X24» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, «X24» MMC tərəfindən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X25, X26, X23, X21 və X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. xx.xx.2025-ci il tarixli “X6 Sistemi” vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X24 MMC-ə məxsus şirkət işçi məlumatlarından X33 (fəhlə) və X14 (direktor) başqa hər hansı aktiv əmək müqaviləsi mövcud deyildir. X1, X26, X8, X23 və X21 “X24” MMC-də əmək müqaviləsi bağlamaqla hər hansı vəzifədə rəsmi qaydada işləməmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-21-2-12/2- 23374/2025 saylı məktubunda göstərilir ki, “X24” MMC xx.xx.2006-cı il tarixdə 0606-S4- 454 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2016-cı il tarixdə isə ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi X27, rəhbəri X30, nizamnamı kapitalı 4 manat, hüquqi ünvanı isə ünvan 2dən hüquqi şəxsin əsas fəaliyyət növü “Çörək istehsalı (1071003)”, digər fəaliyyət növü isə “Pendir və kəsmik istehsalı (1051201)” kimi qeyd olunmuşdur. “X24” MMC-nin sahibkarlıq fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, inzibati materialda olan digər sənədlər və şahid izahatları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X24» MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X17, X18, X10, X15 və X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X24» MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X24» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X24» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-323/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-323/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver