Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-331/2024 31.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 16 fevral 2024-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı şəhəri Hüseyn Cavid küçəsi, ev 4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 31 may 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 may 2024-cü il tarixdə, saat 22:00-da yaşadığı Saatlı şəhəri Hüseyn Cavid küçəsində uca səslə ünvansız nalayiq ifadələr deməklə və səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan xırda xuliqanlıq hərəkəti etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 30 may 2024-cü il tarixdə eşitdiyi qışqırıq səslərinə görə yaşadığı evdən küçəyə çıxmış və atasının mülki geyimdə olan şəxslərlə etdiyi mübahisə zamanı şəkərli diabet xəstəsi olduğundan huşunu itirdiyini zənn etmişdir. Həmin vaxt emosiyalara qapılıb uca səslə ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmış, mülki geyimdə olan şəxslərin isə polis əməkdaşları olduğunu bilməmişdir. Hazırda etdiyi əməldən peşmandır və məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, Laçın rayon polis şöbəsinin axtarışında olan Nəsimi Zeynalov adlı şəxsi 30 may 2024-cü il tarixində Saatlı rayon polis şöbəsinə gətirmək üçün Laçın rayon polis şöbəsinin və Saatlı rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Nəsimi Zeynalovun yaşadığı Saatlı şəhəri H.Cavid küçəsində yerləşən 4 saylı evinə getmişlər. X7 şəhəri H.Cavid küçəsində yol kənarında görüb ona yaxınlaşaraq özlərini təqdim edib, Laçın rayon polis şöbəsində barəsində olan cinayət işi ilə bağlı axtarışda olduğunu izah etmişlər. Bundan sonra onu polis şöbəsinə gəlməyi dəvət edərkən, Nəsimi Zeynalov onlarla birlikdə polis şöbəsinə gəlməkdən imtina etmişdir. Həmin vaxt X3 Zeynalova və digər ailə üzvləri küçəyə çıxaraq uca səslə ünvansız nalayiq ifadələr işlədib, səs-küy salmağa başlayaraq ətrafda olan insanların narahatlığına səbəb olan hərəkətlər etməyə başlamışlar. Nəsimi Zeynalovu, onun qızı Şəxs və digər ailə üzvlərini nizam intizamlı olmağı, etdikləri hərəkətin qanunsuz olduğunu izah etsələr də, onların qanuni tələblərinə tabe olmadıqlarını görüb Saatlı rayon polis şöbəsinin PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X5 şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 30 may 2024-cü il tarixdə, saat 22:00-da yaşadığı yaşadığı Saatlı şəhəri Hüseyn Cavid küçəsində uca səslə ünvansız nalayiq ifadələr deməklə və səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan xırda xuliqanlıq hərəkəti etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, iş materiallarına sübut növü kimi əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səs yazısı olan disk, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-331/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-331/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver