Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-331/2025 06.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 2002-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri X13 küçəsi, ev 8, mənzil 2-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 may 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Saatlı Rayon Məhkəməsinin 20 may 2024cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədinin icrası ilə bağlı cəmi 3676 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədi üzrə borclu Şəxs 09 yanvar 2024-cü il tarixdən başlayaraq üç uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Şəxs üzərində ödənilməmiş qalan 1500 manat aliment borcuna görə Saatlı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 3(055)-358/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra Şəxs hər ay ödəniləsi 300 manat alimentdən aşağı məbləğdə ödənişlər etsə də, hazırki vaxtadək ödənilməli olan cəmi 5100 manat aliment borcundan Şəxs Vətən müharibəsi iştirakçısı kimi aldığı müavinətdən və 2025-ci ilin may ayı daxil olmaqla özünün şəxsən ödədiyi aliment məbləği cəmi 1424 manat olmuş, qalan 3676 manat aliment borcu ödənilməmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə məcburi icra tədbirləri aparılmaqla Şəxs qeydiyyatda olduğu ünvanda əmlakına baxış keçirilmiş, onun borca yönəldiləsi əmlakı aşkar olunmamış, həmçinin də icra məmurunun çağrışlarına gəlmədiyindən onun barəsində qəbul edilmiş axtarış elan edilməsinə dair qərar icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmiş, bu gün Şəxs Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ondan izahat almış, lakin o, maddi vəziyyətini əsas gətirərək icra sənədi üzrə ödənilməmiş qalan 3676 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)- 218/2024 saylı icra sənədi üzrə aliment borcunu tam şəkildə olmasa da Zərərçəkmiş şəxs xeyrinə ödənişlər etmişdir, 3676 manat aliment borcu qalmışdır. Lakin, icra sənədi üzrə ödəniş edə bilməməsinin səbəbi işsiz və maddi vəziyyətinin yaxşı olmamaması olmuşdur. Hal-hazırda Bakı şəhərində restoranda işləyir və bundan sonra qalan aliment borcunu ödəməyə çalışacaq, amma hazırki vəziyyətdə icra sənədi üzrə olan aliment borcunu tələbkara ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədinə əsasən Şəxs 09 yanvar 2024-cü il tarixdən başlayaraq üç uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəməlidir. Şəxs isə icra sənədi üzrə ona hər ay ödəməlii oduğu 300 manatdan az məbləğ ödədiyi üçün hazırda 3676 manat aliment borcu yaranmışdır. O, dəfələrdə Şəxs güzəşt etmiş, hətta hər ay 300 manat deyil, 200 manat ödəməsinə də razılıq vermiş, amma həmin məbləği də tam ödəməmişdir. Ona görə də icra sənədi üzrə ödənilməmiş qalan almiment borcunun tam icra olunmasını tələb edir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. X1 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ Qarabağ müharibəsi iştirakçısıdır və hazırki vaxtadək Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədi üzrə maddi imkanı daxilində aliment ödənişləri etmişdir. Hal-hazırda da Bakı şəhərində restoranda işləyir və söz verir ki, bundan sonra aliment borcunu hissə-hissə olmaqla tam ödəyib qurtaracaqdır. Ona görə də məhkəmədən Şəxs Vətən müharibəsi iştirakçısı olmasının və qalan aliment borcunun tam ödəmək üçün maddi vəziyyətinin yaxşı olmamasının nəzərə alınaraq inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)- 218/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 09 yanvar 2024-cü il tarixdən başlayaraq üç uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədi 22 may 2024-cü il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar olunmamışdır. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 3(055)- 358/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Saatlı RPŞ-nin 21 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Saatlı RPŞ-ci tərəfindən 700466 nömrəli axtarış işi açılmışdır. İş materiallarına əlavə edilmiş alimentin alınması haqqında qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs, Şəxs xx.xx.2024-cü ildə ödədiyi 80 manat, xx.xx.2024-cü ildə ödədiyi 102 manat, xx.xx.2024-cü ildə ödədiyi 220 manat, 11 yanvar 2025-ci ildə ödədiyi 384 manat və xx.xx.2025-ci ildə ödədiyi 150 manat alimenti qəbul etmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısı kimi 80 manat müavinət alır. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(055)-218/2024 saylı icra sənədinin icrası ilə bağlı üzərində ödənilməmiş qalan 3676 manat aliment borcunun tam icra edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərəçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx xxx 2002-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri X13 küçəsi, ev 8, mənzil 2-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək on altı gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 06 may 2025-ci il tarixdən saat 17:55 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-331/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-331/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver