Məhkəmə qərarları › İş №3(055)-332/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-332/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-332/2024 31.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Saatlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, dükanda satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyata olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 31 may 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 may 2024-cü il tarixdə saat 22 radələrində Saatlı şəhəri H.Cavid küçəsində uca səslə ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 30 may 2024-cü il tarixdə polis əməkdaşları olduqlarını bilmədiyi şəxslər atası Nəsimini tutub aparmaq istəyərkən həmin şəxslərə qarşı nəlayiq söyüşlər söymüşdür. Hazırda etdiyi əməldən peşmandır və məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Saatlı RPŞnin İTB-nin sahə rəisi, polis mayoru X6 31 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X7 izahatında göstərdi ki, Laçın rayon Polis Şöbəsi tərəfindən, AR CM-nin 178.2.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə 610360 nömrəsi ilə axtarışa verilmiş xx.xx.1973-cü il təvəllüdlü X1 Laçın RPŞ-nə təhvil verilməsindən ötrü xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Laçın RPŞ-nin əməkdaşları ilə birlikdə o, CAB-in rəisi polis baş leytenantı Fuad Salmanov, CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X3 və KMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı X13 şəhəri Hüseyn Cavid küçəsi ev 4 ünvanında yaşayan Nəsimi Zeynalovun yaşadığı evə getmişlər. Həmin vaxt N.Zeynalovun evinin qarşısında yol kənarında olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər, ona AR CM-nin 178.2.2-ci maddəsi ilə axtarışda olduğunu izah edib onlarla getməsini bildirmişlər. Həmin zaman onun ailə üzvləri, həmçinin hazırda barəsində inzibati xətaya dair işə baxılan Şəxs yaşadıqları evdən çıxaraq səs-küy salaraq, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar və N.Zeynalovun RPŞ-nə aparılmasına maneçilik etmək istəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X3 eyni məzmunlu izahat verərək X5 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib edən şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidlərin ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını nəzərə alıb barəsində aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar