Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-332/2025 20.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 30 aprel 2025ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 30 aprel 2025ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək göstərdi ki, **-KX-*** dövlət nömrə nişanlı MAN markalı nəqliyyat vasitəsini idarə edir. 30 aprel 2025-ci il tarixdə İmişli rayonunda idarə etdiyi avtomobilə yük yükləndikdən sonra ona elektron tǝrǝzidən müvafiq qəbz verildi və 13767 saylı qəbzdə avtomobilin ümumi çəkisinin (yüklə birlikdə) 40280 kq olduğu qeyd edilmişdir. O Bakı şəhəri istiqamətində hərəkət başlayıb. Qaradağ rayonu ərazisində Sanqaçal qəsəbəsində quraşdırılmış elektron tərəzindən keçdikdən təxminən 5 dəqiqə sonra ona AR İXM-nin 353.2-ci masddəsi ilə 600 manat cərimə edilməyi barədə məlumat gəlmişdir. Dərhal geri qayıdaraq stasionar DYP postuna yaxınlaşdı. Postdan ona X2 müraciət etməsini bildiriblər. Orada da ona bildirdilər ki, məhkəməyə müraciət et. Ona məxsus avtmobilin ümumi yüklə birlikdə çəkisi İmişli rayonunda elektron tərəzidə çəkildikdən sonra verilən qəbz əsasında 40280 kq olmuşdur. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 30 aprel 2025-ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 barəsində olan inzibati xəta haqqında qərarın ləğvi üçün qeyd etdiyi xüsusatlara, yəni “MAN yük” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 40280 kiloqram yük götürdüyü barədə qəbz verən müəssisənin imzalı və möhürlü sənədini və həmin müəssisənin hüquqi statusunu təsdiq edən rekvizitli sənədi sübut olaraq məhkəməyə təqdim etməsi üçün əvvəlki məhkəmə iclasını təxirə salaraq başqa vaxta təyin etmiş, lakin şikayətçi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Baş X8 İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 30 aprel 2025-ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 02 oktyabr 1993-cü ildə doğulmuş X5 30 aprel 2025-ci il tarixdə, Qaradağ rayonu Səngəçal qəsəbəsində (M-2 47,9 km. Bakı şəhəri istiqamətində) etibarnamə əsasında “MAN yük” markalı **-KX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda həmçinin X3 izah edilmişdir ki, barəsində tərtib edilmiş EQ 27659849 saylı qərarda göstərilən inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və video materiallar əlavə olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş inzibati xətanın qeydə alındığı fotoşəkildən görünür ki, xx.xx.2025-ci il, saat 23:44-də “MAN yük” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinin faktiki kütləsi 42680 kq olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş hansı fiziki və ya hüquqi şəxs tərəfindən verilməsi məlum olmayan, müəssisənin möhürü və ya ştampı olmayan, hüquqi statusu bilinməyən, səlahiyyətli şəxsin adı və imzası olmayan tərəzi qəbzlərində aşağıdakılar qeyd olunmuşdur: Qaimə №:13767, Giriş:xx.xx.2025-ci il, saat 11:42:25, Çıxış:xx.xx.2025-ci il, saat 11:44:58, Qeydiyyat nişanı:**-KX-***, Göndərən:----, Şirkət:---, Müştəri:---, Sürücü:---, Brutto kg:40280, Tara kg:13860, Netto kg:26420. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 2 nömrəli cədvəlində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Baş X8 İdarəsinin 30 aprel 2025-ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X5 isə barəsində tərtib edilmiş EQ 27659849 saylı inzibati xəta haqqında qərarın əsassız olmasını 40280 kiloqram yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X5 idarə etdiyi yük maşınında daşıdığı yükün 40280 kq olmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi hansı fiziki və hüquqi şəxs tərəfindən verilməsi qeyd edilməyən, səlahiyyətli şəxsin imzası, ştamp və ya möhürlə təsdiq edilməyən qəbzlər isə (kağız parçaları) şikayətçinin icazə verilən norma daxilində yük daşıdığını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin qəbzlər istənilən şəxs tərəfindən kompüterdə tərtib oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, Baş X8 İdarəsinin 30 aprel 2025-ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Baş X8 İdarəsinin 30 aprel 2025-ci il tarixli EQ 27659849 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı 09 dekabr 1995-ci ildə Saatlı rayonunda doğulmuş, Saatlı rayonu Bəylik kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 30 aprel 2025-ci il tarixli EQ 27659849 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-332/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-332/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver