Məhkəmə qərarları › İş №3(055)-333/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-333/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-333/2025 07.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 may 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 mart 2025ci il tarixdə Saatlı rayonu Mərkəzi Xəstaxanasında tibb bacısı işləyən Zərərçəkmiş şəxs sillə ilə qəsdən vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 07 may 2025-ci il tarixdə Saatlı rayonu Mərkəzi Xəstaxanasında tibb bacısı işləyən Zərərçəkmiş şəxs sillə ilə qəsdən vurmuşdur. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun qardaşı X4 nəfəs çatışmazlığı xəstəsi olduğu üçün 3 gündür ki, Saatlı RMX-da müalicə almışdır. xx.xx.2025-ci il tarixdə sat 09:50 radələrində qardaşı X1, həmkəndliləri ilə birlikdə Əzizağanı görmək üçün aatlı RMX-na getmişlər. Orada aşağıda mühafizə olmadığı üçün reanimasiya şöbəsinə daxil olmuşlar. Bu zaman Gülkimi adlı tibb bacısı onlara giriş reanimasiya şöbəsinə girişin qadağan olduğunu bildirərək onun sinəsindən vurub itələmişdir.Sonra isə Gülkimi onun ayağına 2 dəfə təpik və boynuna yumruq vurmuşdur. Daha sonra isə onu söyüb təhqir etmişdir. Bundan sonra onu Saatlı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 07 mart 2025-ci il tariixdə xidmətdə olarkən reanimasiya otağının qarşısında bir neçı şəxsi görmüşdür. Həmin yerə vətəndaşların girişi qadağan olduğu üçün həmin şəxslərin girməsinə mane olmuş və onlara girişin qdağan olduğunu izah etmişdir. Həmin vat Şair Hüseynov onun sol üz nahiyəsinə bir dəfə şillə vurmuşdur. Daha sonra isə o döyülməsi barədə Saatlı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəxs ilə barışmamışdır. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 02 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 10 mart 2025-ci il tarixli 37 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlinir. Müayinə zamanı aşkar edilmiş xəsarətlər - sol yanaq proyeksiyasında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan “DVD” diskdə olan görüntülərdən görünür ki, Şəxs 07 mart 2025-ci il tarixdə Saatlı rayonu Mərkəzi Xəstaxanasında tibb bacısı işləyən Zərərçəkmiş şəxs sillə ilə vurmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar