Məhkəmə qərarları › İş №3(055)-341/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-341/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-341/2024 21.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, o, 29 mart 2024-cü il tarixdə özünə məxsus olan «UAZ 390945 YÜK SƏRNİŞİN» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən DYPB-nin YPX inspektoru X7 onu saxlayaraq ona avtomobilin yük yerində sərnişin daşıdığını bildirib inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki o, əvvəllər də təsərrüfatla əlaqədar avtomobilin yük hissəsində sərnişin daşımışdır. Digər sürücülər də avtomobilin yük hissəsində sərnişin daşıyırlar. Lakin YPX əməkdaşı qərəzli olaraq məhz onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Saatlı RPŞ-nin DYPB-nin inspektoru X7 izahatında göstərdi ki, X6 14 aprel 2022-ci il tarixdə sərnişin daşıma qaydalarını pozaraq yük avtomobilinin yük daşımaq üçün nəzərdə tutulmuş hissəsində sərnişin daşıdığından tərəfindən saxlanılmış və tərəfindən sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.Xəzər Talıbov protokola imza etmədiyindən həmin protokol baxılması üçün Saatlı RPŞ-nin DYPB-yə göndərilmişdir. Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Şikayət əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. İşdə olan Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan videogörüntülərin əks olunduğu diskdən görünür ki, X1 daşıma qaydalarını pozmuşdur. Məhkəmə işdə iştiark edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinəəsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmişşəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X3 təqsiri Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərarda və videogörüntülərdə öz təsdiqini tapmışdır, şikayətçinin şikayətində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Ona görə də, Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cimaddəsinə görəinzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğu üçün X3 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 Saatlı RPŞ-nin DYPB-nin baş inspektoru X5 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli TP6379174 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar