Məhkəmə qərarları › İş №3(055)-342/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-342/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-342/2024 10.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və qanuni nümayəndəsi X1 iştirakı ilə xx.xx.2007-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, Saatlı rayonunun Çolpı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş materiala, Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 iyun 2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063 MİNİK” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063 Minik” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilərkən özünü təqsirli bilərək izahatında göstərdi ki, 07 iyun 2024-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəza törədərək Zərərçəkmiş şəxs məxsus “VAZ 21063 Minik” markalı, **- BH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və sonuncunun avtomobilinə ziyan dəymişdir. Bu səbəbdən də onun barəsində protokol tərtib olunmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 07 iyun 2024-cü il tarixdə idarə etdiyi “VAZ 21063” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ona məxsus “VAZ 21063 Minik” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və avtomobilə ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri inzibati xəta törətmiş şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını və vurulmuş ziyanı ödəməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-32-83 www. Elektron ünvan № 3(055)-342/2024 “____” ____________ 2024-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinə Saatlı Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə üzrə 10 iyun 2024-cü il tarixli, 3(055)-342/2024 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: “02” vərəqədə. Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar