Məhkəmə qərarları › İş №3(055)-344/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-344/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-344/2025 21.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Potubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 21 may 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Məmmədov X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-5079/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6259/2024 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və 13710 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 göstərdi ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-5079/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6259/2024 saylı icra sənədlərinə əsasən protokol tərtib olunan tarixə Şəxs hazırda 13710 manat aliment borcu vardır. Dəfələrlə həmin icra sənədinin icrası Şəxs tam şəkildə ödəməsi tələb olunsa da, borclu icra sənədini tam şəkildə icra etməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5079/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13106/2016 saylı 03 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 18 may 2012-ci il təvəllüdlü X5 və 22 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 137 (yüz otuz yeddi) manat, cəmi 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6259/2024 saylı icra sənədinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5079/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 18 may 2012-ci il təvəllüdlü X2 və 22 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa üçün 220 manat sabit pul miqdarında aliment alınaraq X1 verilməlidir. Aliment borcunun yüksək olmasının səbəbi tələbkar tərəfindən uzun müddət ondan aliment borcunun tələb edilməməsi olmuşdur. Tələbkar özü ona aliment ödənilməsinə ehtiyacının olmamasını bildirmişdir. Lakin buna baxmayaraq tərəfindən müxtəlif dövlərdə ödənişlər həyata keçirilmişdir. 7 gün bundan əvvəl də borcundan 420 manat ödəniş etmişdir. Növbəti aydan başlayaraq daha yüksək məbləğdə ödənişlər edəcəkdir.Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, borclu ilə 1 il müddətinə aliment borcunu ödəməmək barədə razılaşmışlar. 1 ildən sonra isə o, alimenti tələb etmişdir. Borclu isə alimenti tam şəkildə ödəməmişdir. Hazırda icra vərəqələri üzrə borludan aliment borcunu tam tələb edir. Ona görə də, borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon İcra və Probasiya Şöbəsinin 21 may 2025-ci il tarixli “Elektron icra” sistemindən çıxarışdan görünür ki, borclu Şəxs tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İşdə olan “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Şəxs əmək haqqı, pensiya müavinət almır. Borclu Şəxs tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İşdə olan pul köçürmələrinə dair çıxarışdan görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə 150 manat, xx.xx.2017-ci il tarixdə 200 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 330 manat, xx.xx.2018-ci il tarixdə 290 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 195 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il 292 manat, xx.xx.2019-cu il tarixdə 210 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 292 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2020-ci il tarixdə 190 manat, xx.xx.2020-ci il tarixdə 380 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 290 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 291 manat, xx.xx.2024-cü il taridə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il taruiixdə 200 manat, ümumilikdə 9660 manat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5079/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə mütəmadi olaraq ödənişlər edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 190 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 510 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, sonuncu dəfə isə 14 may 2025-ci il tarixdə aliment borcundan 420 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(001)-5079/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6259/2024 saylı icra sənədləri üzrəTünzalə Qubadovaya olan borcundan sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 420 manat, keçən müddət ərzində isə müxtəlif məbləğlərdə olmaqla mütəmadi qaydada ümumilikdə 11920 manat aliment borcu ödəmiş etmiş və bundan sonra da qalan borcunu ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. İşin müəyyən olunan bu halı artıq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. X9 bəhs olunan icra vərəqəsi üzrə borcunu tam şəkildə ödəməməsi subyektiv deyil, məhz obyektiv səbəblə bağlı olmuşdur.Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi ödəniş etməsi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir.Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu tam şəkildə ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar