Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-345/2024 21.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1990-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 iyun 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu Qara Nuru kənd sakini Şəxs heç bir müvafiq sənədləri olmadan qanunsuz saxladığı bir ədəd «Toz-63” markalı, 16 çaplı, N 42389 nömrəli, qoşa lüləli yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, «Toz-63” markalı, 16 çaplı, N 42389 nömrəli, qoşa lüləli yivsiz ov silahı babasından qalmışdır. 03 iyun 2024-cü il tarixdə həmin ov tüfəngini özü ilə götürüb yaşadığı evdən küçəyə çıxaraq çöl sahəyə gedərkən polis əməkdaşları yolda ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində olan ov tüfənginə aid sənədlərin olubolmamasını ondan soruşmuşlar. Həmin vaxt o polis əməkdaşlarına tüfəngin babasından qaldığını və heç bir müvafiq sənədinin olmadığını demişdir. Bunda sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Polis şöbəsində müvafiq protokol tərtib edilərək ov tüfəngi ondan alınaraq ona izah edilmişdir ki, üzərində gəzdirdiyi tüfəngin müvafiq orqandan icazə sənədi olmadığından onun barəsində inzibati qaydada protokol tərtib ediləcəkdir. Hazırda isə etdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 03 iyun 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayonu Qara Nuru kənd sakini Şəxs sənədsiz «Toz-63” markalı, 16 çaplı, N 42389 nömrəli, qoşa lüləli yivsiz ov silahı götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialda olan sübutları tədqiq edib və inzibati xəta haqqında işə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı rayonu Qara Nuru kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz saxladığı bir ədəd «Toz-63” markalı, 16 çaplı, N 42389 nömrəli, qoşa lüləli yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin dispozisiyasına görə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini, «Toz-63” markalı, 16 çaplı, N 42389 nömrəli, qoşa lüləli yivsiz ov silahının müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan «Toz-63” markalı, 16 çaplı, N 42389 nömrəli, qoşa lüləli yivsiz ov silahı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-345/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-345/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver