Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-361/2023 17.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri, M.Əliyev küçəsi, D 3, ev 1-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 17 mart 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində uca səslə ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 17 mart 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 17 mart 2023-cü il tarixdə saat təxminən 16:30 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində uca səslə ünvansız nalayiq söyüşlər söymüş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilmir. 17 mart 2023cü il tarixdə saat təxminən 16:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində mobil telefonla danışdığı zaman polis əməkdaşları ona yaxınlaşmış və bu zaman polis əməkdaşları ilə kiçik mübahisə yaranmışdır.Mobil telefon vasitəsi ilə danışarkən hər hansı bir nalayiq söyüşlər söyməmiş, polis əməkdaşlarının qanuni tələbini yerinə yetirmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X10 izahatında bildirdi ki,17 mart 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində şəhərin H.Əliyev prospektində digər polis əməkdaşı X6 ilə xidmətdə olarkən bir nəfər şəxsin uca səslə ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Bu zaman həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Sonradan həmin şəxsin Saatlı rayon sakini Şəxs olduğu məlum olmuşdur. Ona görə də, Saatlı RPŞ-yə raportla müraciət etmiş və Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid X6 digər şahid X7 izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarından görünür ki, Şəxs 17 mart 2023-cü il tarixdə saat 16 radələrində barəsində tədbir görülməsindən ötrü Saatlı rayon polis şöbəsinə gətirilmişdir. Odur ki, həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən, saat 17:00 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən, saat 17:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-361/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-361/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver