Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-361/2025 10.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Saatlı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 31 yanvar 2025-ci il tarixdə “HONDA İNSİGHT (HİBRİD) MİNİK” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün EQ 25832350 nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməsə də, “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs EQ 25832350 nömrəli protokolda göstərilən cəriməni ödəmişdir və işə baxılmasının təxirə salınması haqqında Şəxs məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilənədək Şəxs tərəfindən cərimənin ödənilməsini nəzərə alaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs EQ 25832350 nömrəli protokolda göstərilən cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs adına olan EQ 25832350 nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə borcu inzibati xəta haqqında iş üzrə qərar qəbul edilənədək ödənildiyindən Şəxs 25 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs 25 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-20-67 www. Elektron ünvan № 3(055)-361/2025 10 iyun 2025-ci il Saatlı rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Hikmət Vəliyevə Surəti: Saatlı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Saatlı Rayon Məhkəməsinin Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə 10 iyun 2025-ci il tarixli, 3(055)-361/2025 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “02” vərəqədə. İş № 3(055)-361/2025 İNZİBATİ İŞİN MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 10 iyun 2025-ci il Saatlı şəhəri Saatlı Rayon Məhkəməsi Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə baxışı iclasında baxılır. İclas saat 15:05 dəqiqədə başladı Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasının katibi məruzə edərək göstərir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməsə də, “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs EQ 25832350 nömrəli protokolda göstərilən cəriməni ödəmişdir və işə baxılmasının təxirə salınması haqqında Şəxs məhkəməyə vəsatət daxil olmamışdır. Sədrlik edən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilənədək Şəxs tərəfindən cərimənin ödənilməsini nəzərə alaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Sədrlik edən materiala əlavə olunmuş inzibati xata haqqında protokolu və digər sənədləri tədqiq edir. Sədrlik edən müşavirə otağına getdi. Sədrlik edən müşavirə otağından qayıdaraq qərarı elan etdi. Məhkəmə iclası saat 15:10 dəqiqədə bağlı elan olundu. Protokol 10 iyun 2025-ci il tarixdə tərtib edilmiş və imzalanmışdır. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(055)-361/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-361/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver