Məhkəmə qərarları › İş №3(055)-362/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-362/2023

23.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-362/2023 23.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, zərər çəkmiş şəxslər X2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1978-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı şəhəri M.Müşfiq küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 23 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs 22 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Saatlı şəhəri H.B.Zərdabi küçəsində etibarnamə ilə idarə etdiyi “VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən, yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək sola dönərkən öz hərəkət zolağı ilə avtomobili sərxoş vəziyyətdə idarə edən X5 məxsus olan “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və bu zaman “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan digər sürücü X6 məxsus olan “QAZ 33021” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxa hissəsinə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sürücülər X5 və X6 məxsus avtomobillərə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 22 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Saatlı şəhəri H.B.Zərdabi küçəsində spirtli içkinin təsiri altında sərxoş halda etibarnamə ilə idarə etdiyi “VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini H.B.Zərdabi küçəsindən sola dönərək Gənclər küçəsinə keçmək məqsədi ilə yol ayrıcına daxil olmuşdur ki, həmin vaxt H.B.Zərdabi küçəsi ilə əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və bu zaman “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan digər sürücü X6 məxsus olan “QAZ 33021” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxa hissəsinə dəyərək dayanmışdır. Hadisədən sonra ona məlum olmuşdur ki, “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü də avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, onun və digər sürücülər X2 və X3 idarə etdiyi avtomobillərə maddi ziyan dəymişdir. Hazırda etdiyi əməldən peşman olmasının nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında göstərdi ki, 22 mart 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində Saatlı şəhəri H.B.Zərdabi küçəsində özünə məxsus olan və sərxoş halda öz hərəkət zolağı ilə idarə etdiyi “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə 40-50km/saat sürətlə gələrkən Saatlı şəhəri H.B.Zərdabi küçəsindən Gənclər küçəsi sola dönmə əməliyyatı edən “VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi anidən onun yoluna çıxdığı üçün avtomobilini hadisədən qaçırmağa çalışsa da, onun avtomobili “VAZ21061” markalı avtomobilin sol qanadı ilə toqquşmuş, daha sonra avtomobili yolun kənarında dayanmış vəziyyətdə olan sürücü X6 məxsus olan “QAZ 33021” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında göstərdi ki, 22 mart 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində Saatlı şəhəri H.B.Zərdabi küçəsində özünə məxsus olan “QAZ 33021” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilini yolun sağ kənarında saxlamış və bu zaman avtomobilinin arxa hissəsinə başqa avtomobilin dəyməsini hiss etdiyi üçün avtomobilindən düşərək görmüşdür ki, “VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması nətəcəsində “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun avtomobilinin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinin arxa stopu və farası sınmaqla ona maddi ziyan dəymiş, hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 22 mart 2023cü il tarixdə saat 16:00 radələrində Saatlı şəhəri H.B.Zərdabi küçəsində etibarnamə ilə “VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən, yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək sola dönərkən öz hərəkət zolağı ilə avtomobili sərxoş vəziyyətdə idarə edən X5 məxsus olan “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və bu zaman “Hyundai” markalı **-DP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan digər sürücü X6 məxsus olan “QAZ 33021” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxa hissəsinə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmamış, lakin hər üç sürücü X2, X3 və Şəxs avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinin dizpoziyasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəzərədə tutulmuşdur. Materiala əlavə edilmiş 22 mart 2023-cü il tarixli, 32 və 33 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, Şəxs və X4 yüngül dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Materiala əlavə edilmiş “BC” kateqoriyalı sürücülük vəsiqələrindən görünür ki, xx.xx.2013-cü il tarixli, AE № 506427 nömrəli sürücülük vəsiqəsi Şəxs adına verilmişdir. Materiala əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli nəqliyyat vasitələrinə sərancam verilməsi haqqında etibarnamədən görünür ki, “nəqliyyat vasitəsinin sahibi X7 “VAZ21061” markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 30 noyabr 2023-cü il tarixədək Şəxs idarə etmək hüququ vermişdir. Materiala əlavə edilmiş “BC” kateqoriyalı sürücülük vəsiqələrindən görünür ki, xx.xx.2018-ci il tarixli, AE № 528235 nömrəli sürücülük vəsiqəsi X2 adına verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar