Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-362/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu xx xxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 24 iyun 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 aprel 2014-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən vuraraq döymüşdür. Bundan başqa məhkəməyə daxil olmuş inzibati xəta haqqında 24 iyun 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 24 iyun 2024-cü il tarixdə saat 10:05 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində Saatlı Rayon Polis Şöbəsinin qarşısında ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Məhkəmə inzibati xəta haqqında materialları və onlara əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində olan 3(055)-362/2024 saylı və 3(055)- 363/2024 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. İş materiallarından da göründüyü kimi Şəxs barəsində olan 3(055)-362/2024 və 3(055)-363/2024 saylı inzibati xəta haqqında materiallara baxılması Saatlı Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan həmin materiallara eyni vaxtda baxılması üçün bir icraatda birləşdirilməli və həmin işlərə eyni vaxtda 3(055)-363/2024 saylı qeydiyyat nömrəsi ilə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 34 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində olan 3(055)-362/2024 saylı və 3(055)-363/2024 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilsin və həmin materiallara eyni vaxtda 3(055)- 363/2024 saylı qeydiyyat nömrəsi ilə baxılsın.
Məhkəmə qərarları › İş №3(055)-362/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-362/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver