Məhkəmə qərarları › İş №3(055)-363/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-363/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-363/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Protokol tərtib etmiş şəxslər X4, X3, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayonu, Qara Nurlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 157, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 22 aprel 2024-cü il tarixdə Saatlı rayonu, Qara Nurlu kəndində həmkəndlisi Elçin Fərəcovu qəsdən vuraraq döymüşdür. Buna görə də Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında 25 iyun 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Bundan başqa Şəxs 25 iyun 2024-cü il tarixdə saat 10:05 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Saatlı RPŞ-nin qarşısında ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 25 iyun 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmənin 25 iyun 2024-cü il tarixli qərardadı ilə Şəxs barəsində olan inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 25 iyun 2024-cü il tarixdə saat 10:05 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Saatlı RPŞ-nin qarşısında ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis əməkdaşları Polis Şöbəsinə raportla müraciət etmiş və onun tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X9 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 22 aprel 2024-cü il tarixdə Saatlı rayonu, Qara Nurlu kəndində həmkəndlisi Elçin Fərəcovu qəsdən vuraraq döymüşdür. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsində araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd olunmuş, barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, İXM-in 157-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində isə özünü təqsirli bilməyərək göstərdi ki, Elçin Fərəcovun iti onun uşağını dişlədiyi üçün bu əsələnin aydınlaşdırmaq məqsədilə Elçin Frəcovla görüşmüşdür. Onlar sözlə mübahisə etmişlər. O, Elçin Fərəcovu vurmamışdır. Ona görə də həmin əməldə özünü təqsirli bilmir. Həmin hadisə ilə əlaqədar xx.xx.2024-cü il tarixdə polıis əməkdaşı onu şöbəyə dəvət etmişdir. O da, həmin gün polis şöbəsinə gedərkən şöbənin qarşısında özündən asılı olmayan səbəblərdən əsəbləşdiyi üçün ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları ona söyüş söyməməyi tələb etdikdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, Şəxs Şuriyyə oğlunu tanıyır, onunla həmkəndlidir, münasibətləri həmişə yaxşı olmuşdur. 21 aprel 2024cü il tarixdə təxminən saat 24 radələrində qohumu Nahidə Əhmədova ona zəng edərək həyətinə adam girdiyini, bundan qorxduğunu bildirmişdir. O, Nahidə Əhmədovanın yaşadığı ünvana gəlib həyəti axtarmış, lakin heç kimi görməmişdir. 22 aprel 2024-cü il tarixdə axşam saat 19 radələrində yol ilə gedərkən yolda Şəxslə rastlaşmış, sonuncu ona acıqlı halda, Nahidənin həyətinə onun gəldiyini, bu gündə gələcəyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Mehman bıçaq çıxarıb onu öldürəcəyi ilə hədələmiş, daha sonra Mehman onu döyməyə başlamışdır. Hazırda Şəxs şikayətçidir. Onun barəsində təqdir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPX bölüyünün polis nəfəri, polis serjantı X2 izahatında bildirdi ki, 25 iyun 2024-cü il tarixdə xidmətdə olan zaman Şəxs ünvansız söyüşlər söyərək polis şöbəsinə gəldiyini görmüşlər. Onlar ona söyüş söyməməyi bildirsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPX bölüyünün polis nəfəri, polis serjantı X11 digər şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsləri, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Saatlıə RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi eksertizasının 25 aprel 2024-cü il tarixli 86 saylı rəyində göstərilmişdir ki, X5 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyəsində, boynun ön və sağ yan səthində, sağ çiyin qurşağı proyeksiyasında sıyrıqlar, alt dodaqda qansızma küt əşyanın (əşyalaın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 22 aprel 2024-cü il tarixdə Saatlı rayonu, Qara Nurlu kəndində həmkəndlisi Elçin Fərəcovu qəsdən vuraraq döymüşdür. Bundan başqa o, 25 iyun 2024-cü il tarixdə saat 10:05 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Saatlı RPŞ-nin qarşısında ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaların törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Bundan başqa Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmaması nəzərə alaraq barəsində təqsirli bilindiyi İXM-in 157 və 535.1-ci maddələrin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs təyin edilmiş inzibati qaydada cərimə cəzaları tam toplanmaqla qəti olaraq 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar