Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-364/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi X1 iştirakı ilə xx xxxxxxxx 1995-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Dədə Qorqud kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 iyun 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 16 aprel 2024-cü il tarixdə saat 22 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, arvadı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla başqa kişi ilə danışması səbəbindən 16 aprel 2024-cü il tarixdə saat 22 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs bir dəfə vurmuşdur. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, əri Şəxs xəyanət etməsi ilə bağlı onun barəsində dedikləri tamamilə yalandır, əksinə əri Şəxs özü onun mobil nömrəsini başqa kişiyə vermişdir ki, həmin şəxs onunla telefon əlaqəsi qursun və sonda onu bu yolla şərləyərək analıq hüququndan məhrum etdirsin. Belə ki, o, ailə qurduğu ilk günlərdən başlayaraq əri Vüsal onu yola verməmiş, dəfələrlə döymüş, lakin o bu vəziyyətə dözmüşdür. Sonuncu dəfə, yəni 16 aprel 2024-cü il tarixdə saat 22 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində yaşadıqları evdə guya telefonunda yad kişi ilə danışması üstündə aralarında yaranan mübahisə zamanı əri Şəxs yumruqla onun üz və bədən nahiyələrinə vuraraq döymüşdür. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun kürəkəni və zərər çəkmiş şəxs isə onun qızıdır. X6 ailə qurduğu gündən ər evində demək olar həmişə incidilmiş, gəlin kimi sayılmamış və əri Vüsal tərəfindən dəfələrlə döyülmüşdür. 16 aprel 2024-cü il tarixdə saat 22 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində qızı Ləman yaşadığı ər evində guya telefonunda yad kişi ilə danışması üstündə aralarında yaranan mübahisə zamanı əri Şəxs tərəfindən döyülərək xəsarət almışdır. İş materiallarına əlavə olunmuş 04 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTByə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 17 aprel 2024-cü il tarixli 81 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ qaçın tış hissəsində yara, sağ çənə bucağı proyeksoyasında, sağ bazunun orta 1\3-də bayır səthdə, sol baldırın orta 1/3-də ön səthdə qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 16 aprel 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 27 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və onun nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin və onun nümayəndəsinin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-364/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-364/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver