Məhkəmə qərarları › İş №3(055)-368/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-368/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-368/2023 12.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 28 mart 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin sorğusunu aldığı vaxtdan 5 gün müddətində verməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X5 nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. İş materiallarına əlavə olunmuş 14 mart 2023-cü il tarixli məktubun surətindən və həmin məktubun qəbul edilməsi ilə bağlı imza və qeyddən görünür ki, Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X2 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X5 mülkiyyətində (istifadəsində) olan “UAZ-23632-137 YÜK SƏRNİŞİN” markalı **- AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxs haqqında məlumatın (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) 5 gün müddətində verilməsi xahiş olunmuş, həmin məktub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X5 rəisi tərəfindən həmin tarixdə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin sorğusunu aldığı vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Saatlı şəhəri, Heydər Əliyev prospekti 120 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 8 nömrəli X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar