Məhkəmə qərarları › İş №3(055)-387/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-387/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-387/2024 15.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonunun Azadkənd kəndində qeydiyyatda olan, Saatlı rayonunun Fətəlikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 iyul 2024-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 iyul 2024-cü il tarixdə təxminən saat 21 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisində yerləşən “Əli” yanacaqdoldurma məntəqəsinin həyətində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «VAZ 21074 MİNİK» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili öz ətalət qüvvəsi ilə dəfələrlə fırladaraq avtoxuliqanlıq etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, Saatlı RPŞ DYPB-nin İTÜB inspektoru vəzifəsində işləyir. Şəxs 13 iyul 2024-cü il tarixdə təxminən saat 21 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisində yerləşən “Əli” yanacaqdoldurma məntəqəsinin həyətində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «VAZ 21074 MİNİK» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili öz ətalət qüvvəsi ilə dəfələrlə fırladaraq həmçinin yol hərəkəti qaydalarını davamlı və qərəzli şəkildə pozmaqla avtoxuliqanlıq etmişdir. Bununla əlaqədar tərəfindən Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, həmkəndlisi X4 idarə etdiyi “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili rayonun Sarıcalar kandi ərazisində yerləşən avtoservisdə təmiri sexdə rəngsaz kimi işlədiyi sexə gətirərək təhvil verərək avtomobilin qabaq kapot, sol arxa qapı, 4 qanadlarının ətək hissəsisni rəngləməsini məndən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində X2 məxsus Vaz-21074 markalı **-BG-*** dqn avtomobili sürücülük hüququm olmadan idarə edərək Saatlı rayonu Sarıcalar kəndində yerləşən işlədiyi təmir sexinin həyətində, həmin kənd ərazisində əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, yol hərəkəti qaydalarını davamlı və qərəzli şəkildə pozaraq avtoxuliqanlıq hərəkətlərini eləmişəm. Bundan sonra işlədiyi təmir sexinin müşahidə kamerasından köçürərək həmin görüntüləri mahiyyətini anlamadan Watsaap sosial şəbəkəsində avtoxuliqanlığı təbliğ edərək paylaşım eləmişdir. Əməlindən peşmandır və sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. İşdə olan videogörüntülərin əks olunduğu diskdən görünür ki, Şəxs 13 iyul 2024-cü il tarixdə təxminən saat 21 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisində yerləşən “Əli” yanacaqdoldurma məntəqəsinin həyətində etibarnamə olmadan idarə etdiyi «VAZ 21074 MİNİK» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili öz ətalət qüvvəsi ilə dəfələrlə fırladaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkətiqaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, vidoegörüntüləri əks etdirən CD disk, tərəflərin izahatları və işin digər halları ilə Şəxs 13 iyul 2024-cü il tarixdə təxminən saat 21 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisində yerləşən “Əli” yanacaqdoldurma məntəqəsinin həyətində avtoxuliqanlıq etməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf edib əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə növündə tənbehin tətbiqini kifayət saymayaraq barəsində inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici xüsusi hüququn məhdudlaşdırılması növündə tənbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsini mümkün hesab etdiyindən, tənbehin icrası məhz bu hüququ təsdiqləyən müvafiq sənədin alınması yolu ilə həyata keçirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında göstərilsə də, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından onun barəsində əlavə tənbeh olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbeh tədbiri seçilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 15 iyul 2024-cü il tarixdən saat 17:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar