Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-39/2023 13.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş şəxs X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayon Azadkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq.... MÜƏYYƏN ETDİM: Şəxs 17 dekabr 2022-ci il tarixdə Saatlı rayon Azadkənd kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs qəsdən vuraraq onu döymüş, həmçinin həmin vaxt Şəxs Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı avtomobilə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-in 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında 13 yanvar 2023-cü il tarixli MN № ******* protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 17 dekabr 2022-ci il tarixdə Saatlı rayon Azadkənd kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs qəsdən vuraraq onu döymüş, həmçinin həmin vaxt Şəxs Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı avtomobilə maddi ziyan vurmuşdur. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, özünü təqsirli bilir. O, 17 dekabr 2022-ci il tarixdə Saatlı rayon Azadkənd kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs qəsdən vuraraq onu döymüş, həmçinin həmin vaxt o Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı avtomobilə maddi ziyan vurmuşdur. Lakin Zərərçəkmiş şəxs onu söyərək təhqir etdiyi üçün bu hərəkətləri etmişdir. Ona görə də, məhkəmədən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs 17 dekabr 2022-ci il tarixdə Saatlı rayon Azadkənd kəndində şəxsi münasibətlər zəmnində onu qəsdən vuraraq döymüş, həmçinin həmin vaxt Şəxs atasına məxsus olan və faktiki olaraq onun istifadəsində və sahibliyində olan “Vaz 2106” markalı avtomobilə maddi ziyan vurmuşdur. Hazırda Şəxs şikayətçidir. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 07 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 405 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol göz altı nahiyədə, sol təpə nahiyəsində, sol gözün alt və üst qapağında, sol bazunun orta 1/3 bayır səthdə qançırlar, sol gözün tış hissəssində, sol gözaltı nahiyədə sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 17 dekabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halllar yoxdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 157 və 232-1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 157-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 13 yanvar 2023-cü il tarixdən saat 13:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-39/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-39/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver