Məhkəmə qərarları › İş №3(055)-392/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-392/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-392/2023 14.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1958-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonunun Dəllər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 27 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 dekabr 2022ci il tarixdə “DAF XF105.410 YÜK” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün EQ 12433747 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə təqdim edərək göstərdi ki, o, 03-15 dekabr tarixlərində Monqolustan Respublikasında olmuş, lakin EQ 12433747 saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən cərimə ona 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu istiqamətində yazılmışdır. Bu hal onun pasportundan da görünür. Ona görə də, göstərdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş EQ 12433747 nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarın surətindən görünür ki, həmin qərar hadisə baş verdiyi gün yəni, 10 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında əslinə baxış keçirilmiş Şəxs məxsus pasportun surətindən görünür ki, Şəxs 03-15 dekabr tarixlərində Monqolustan Respublikasında olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 27 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə Şəxs 10 dekabr 2022-ci il tarixdə “DAF XF105.410 YÜK” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyi üçün EQ 12433747 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi göstərilsə də, məhkəmə araşdırması zamanı EQ 12433747 nömrəli inzibati xəta haqqında protokolun əsassız olaraq Şəxs yazıldığı müəyyən edilmişdir. Bu hal Şəxs məxsus pasport ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkəbi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: İnzibati xəta haqqında 27 mart 2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar