Məhkəmə qərarları › İş №3(055)-395/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-395/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-395/2024 20.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü iltarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli 001 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, avtoyuma məntəqəsi ona deyil, mərhum atası Həsənov Oruc Yüzbaşı oğluna məxsus olmuş, sonuncu isə həmin avtoyuma məntəqəsini “İkinci Qarabağ müharibəsi” veteranı X8 istifadəyə vermişdir. Mərhum atası ilə münasibəti olmayan Göyçək Əliyeva adlı bir qadın qərəzli olaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə şikayət etmişdir ki, guya atasının mülkiyyətində olan avtoyuma məntəqəsində su nəzarətsiz qaydada axıdılır və ətraf mühit çirkləndirilir. Ayaz Əzizov isə bildirir ki, həmin məntəqəni hər zaman qanun çərçivəsində işlətmişdir. Avtoyuma məntəqəsininin yerləşdiyi torpaq sahəsinə dair 17 may 2023-cü il tarixdə çıxarış almışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023cü il tarixli 001 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surəti nə ona təqdim edilmiş, nə də ki, göndərilmişdir. Həmin qərarın surətini ilk dəfə 23 iyul 2024-cü il tarixdə Saatlı rayon İcra və probasiya şöbəsindən götürmüşdür. Yalnız həmin vaxt barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini bilmişdir. Həm 01 mart 2023-cü il tarixli məcburi göstərişdən, həm də ki, 21 iyun 2023-cü il tarixli 79960 saylı aktdan xəbəri olmamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən 23 iyun 2024-cü il tarixdə MN1762693 nömrəli protokol tərtib olunması barədə xəbərsiz olmuş və həmin protokolun da surəti ona təqdim edilməmişdir. Ümumiyyətlə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən ona inzibati xəta haqqında heç bir məlumat verilməmişdir. Onun guya inzibati xəta haqqında protokola imza etməkdən imtinası barədə yazılanlar da yalandır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının avtoyuma məntəqəsinə baxış keçirməsindən də xəbəri olmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə də şikayətə dair mülahizə və vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 izahatında X2 barəsində 05 iyul 2023-cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın əsaslı olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. İşdə olan 01 mart 2023-cü il tarixli məcburi göstərişdən görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericlik və normativ aktların tələblərinə riayət olunmasının vəziyyəti yoxlanılaraq xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. İşdə olan 21 iyun 2023-cü il tarixli 79960 saylı aktdan görünür ki, 01 mart 2023-cü il tarixli məcburi göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı X7 tərəfindən məcburi göstərişin tələblərinin yerinə yetirilmədiyi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol 01 mart 2023-cü il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 05 iyul 2023cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.464 ha olan torpaq sahəsi Həsənov Oruc Yüzbaşı oğluna məxsus olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.464 ha olan torpaq sahəsi X2 mülkiyyətindədir. Məhkəmə şikayətçi X5 dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 116.1-116.4-cü maddələrinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərindən göründüyü kimi, İXM-nin 541-ci maddəsi ilə əvvəlcə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır və qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati məsuliyyət hüquq pozuntusunun aşkar edilməsi faktı ilə deyil, səlahiyyətli orqanın hüquq pozuntusunu aşkar etdikdən sonra nöqsanların aradan qaldırılması məqsədilə verdiyi məcburi göstərişin tələblərinin yerinə yetirilməməsindən sonra yaranır, bundan sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və cərimə növündə olan inzibati tənbeh hüquqpozma aradan qaldırılmadıqda icra edilir. Bu zaman isə məcburi göstərişin şəxsə təqdim edilməsi zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri yoxlanılaraq 01 mart 2023-cü il tarixli məcburi göstəriş verilsə də, həmin göstərişin Pərviz Həsənova təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Halbuki həmin halın müəyyən edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Pərviz Həsənovun əməlinə hüquqi qiymət verilməsinə birbaşa təsir edir. Çünki məcburi göstərişin şəxsə təqdim edilmədiyi, yəni şəxsin məlumatsız olduğu halda onu məcburi göstərişin tələblərini yerinə yetirməməkdə təqsirləndirib barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi qanunsuzdur. Bundan başqa, 01 mart 2023-cü il tarixli məcburi göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə baxış keçirilsə də, baxış zamanı X7 iştirakı təmin edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, məcburi göstəriş verilən tarixdə avtoyuma məntəqəsəinin yerləşdiyi torpaq sahəsi Həsənov Oruc Yüzbaşı oğlunun mülkiyyətində olmuş və yalnız 17 may 2023-cü il tarixdə həmin torpaq sahəsinə dair Pərviz Həsənov tərəfindən torpağa mülkiyyət hüququna dair çıxarış alınsa da, səlahiyyətli orqan qeyd olunan halı nəzərə almamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 111.1-ci madəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən işə baxılarkən: 112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; 112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; 112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Məkəmə araşdırması zamanı müəyyən edildi ki, X7 barəsində İXM-nin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədiyinə görə onun izahatının alınması mümkün olmamış, bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Həmin protokolun surəti məktubla barəsində inzibati icraat aparılan şəxsə göndərilməmişdir. Eyni zamanda İXM-nin 112-ci maddəsinin tələbləri pozularaq 05 iyul 2023-cü il tarixdə işə baxılmasının yeri və vaxtı barədə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməmiş, nəticə etibarilə şəxsin barəsində aparılan inzibati xəta haqqında icraat üzrə müdafiə hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki, məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının iki dəfə təxirə salınmasına və xüsusilə 01 mart 2023-cü il tarixli məcburi göstəriş, 21 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 05 iyul 2023-cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın şikayətçiyə təqdim edilməsini və ümumilikdə şikayətçinin barəsində aparılan inzibati araşdırmadan məlumatlı olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi xahiş olunsa da, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan həmin sübutları sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri baxımdan məhkəmə hesab edir ki, belə olan halda X2 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi qanunverici sadalanan prosessual hüquq normalarında yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan, qanunda nəzərdə tutulmuş qaydada əldə edilmiş sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibati xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, səlahiyyətli orqan tərəfindən şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasının mötəbər sübutlara əsasən müəyyən edilmədiyi sübut olunduğundan şikayət təmin olunmaqla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cumaddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 iyul 2023cü il tarixli 001 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar