Məhkəmə qərarları › İş №3(055)-396/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-396/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-396/2024 25.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonunun Qara nuru kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs 24 iyul 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir.Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X9 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. 24 iyul 2024-cü il tarixdə polis əməkdaşları Şəxs RPŞ-yə dəvət edərkən sonuncu polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir.Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşları raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 24 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Saatlı RPŞ-nin əməkdaşları Saatlı rayonunun Qara Nuru kəndinə gələrək əmisi oğlu X6 rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının işinə maneçilik etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X2 izahatında göstərdi ki, Saatlı Rayon Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyul 2024-cü il tarixdə, saat 23 radələrində narkotik vasitə qəbul etməsi ilə əlaqədar Saatlı rayonu Qara Nuru kəndinə gedib X6 RPŞ-yə dəvət edərkən sonuncunun əmisi oğlu Şəxs polisin xidməti fəaliyyətinə maneçilik etmiş, ünvansız nalayiq söyüşlər söymüş, qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. X3 və X1 da digər X2nun izahatına uyğun izahat verdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оьлunun “hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmin qalıq əlamətləri.Vərəm infeksiyası.Kaxeksiya.Tənəffüs çatmamazlığı-İİ mər. Ağırlaşma R64 Kaxeksiya., NSDqarışıq tipli, xrpniki faringit, xroniki bronxit kəskinləşmə mərhələsi” xəstəliyindən əziyyət çəkməsini və əməlindən səmimi peşman olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Şəxs 25 iyul 2024-cü il tarixdə, saat 00:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Şəxs təyin ediləcək inzibati cərimənin məbləği İXM-nin 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulan, yəni 200 manat cərimənin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar