Məhkəmə qərarları › İş №3(055)-398/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-398/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-398/2024 26.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib edən şəxs X1 iştirakı ilə, xx xxxxxxxx 1984-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyənetdi: Məhkəməyə daxil olmuş 24 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs Şəxs 23 iyul 2024-cü il tarixdə, Saatlı rayonu ərazisində «BMW 528 X1 minik» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 23 iyul 2024-cü il tarixdə saat təxminən 15 radələrində “Aysən” şadlıq sayarının yanında dayandığı vaxt polis əməkdaşı Vüsal ona yaxınlaşmış və Saatlı RPŞ-nin DYPB-nin rəisi Ramil məllimin onu çağırdığını bildirmişdir. O, da öz maşınına minib polis şöbəsinə getmişdir. Ramil məllimin otağına girmiş və hal-əvhal tutduqdan sonra Ramil məllim onun narkotik vasitəsindən istifadə edib-etmədiyini soruşmuşdur. O, da narkotik vasitəsindən istifadə etmədiyini bildirmişdir. Bir neçə saat polis şöbəsində saxlanıldıqdan sonra onu Bakı şəhəri Maştağa qəsəbəsi 1 saylı Narkoloji Dispanserə aparmışlar. Orda onun sidiyindən analiz götürmüşlər. Analizin nəticəsində onun sidiyində narkotik tərkibli maddələr aşkar olunmuşdur. Həkimə bildirmişdir ki, psixotrop dərmanlardan istifadə edir, sidiyində çıxan narkotik maddələr onun atdığı psixotrop dərmanların tərkibində də vardır. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitə qəbul etməmişdir. Sidiyində çıxan narkotik maddələr istifadə etdiyi psixiatrik dərmanların təktibində olduğundan analizdə elə çıxmışdır. Ona görə barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə protokol tərtib edən şəxs X3 izahatında göstərdi ki, 23 iyul 2024-cü il tarixdə saat təxminən 15 radələrində Şəxs «BMW 528 Xİ minik» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol hərəkəti qaydalarını pozduğu üçün tərəfindən saxlatdırılmışdır. Danışıq zamanı Şəxs əlləri əsdiyindən onun narkotik vasitə qəbul etməsi şübhəsi yaranmışdır. Bunun üçün o polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsinə getdikdən sonra orada müəyyən sənədləşmə işləri aparılmış və şəxsin narkoloji müayinədən keçirilməsi üçün Bakı şəhəri Maştağa qəsəbəsi 1 saylı Narkoloji Dispanserə aparmışlar. Müayinə zamanı şəxsin narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunmuşdur. Ona görə də şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İş materialında olan 23 iyul 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, «BMW 528 Xİ minik» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil Saatlı Rayon Polis Şöbəsinin DYPB tərəfindən saxlanca qəbul edilmişdir. İş materialında olan və məhkəmə iclasında elan edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə olan “Sərxoşlu vəziyyətinin tibbi müayinəsi” barədə 23 iyul 2024-cü il tarixli, 1/778 saylı aktdan görünür ki, Şəxs sidiyində N-İİp-THC(+), AMP(+), MET(+) narkotik maddələr aşkar olunmuş və o, narokotk vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında narkotik vasitə qəbul etmədiyi, sidiyində çıxan narkotik maddələr istifadə etdiyi psixotrop dərmanların təktibində olmasını bildirib istifadə etdiyi dərman vasitələrinin qeyd olunduğu tövsiyyə vərələrini məhkəməyə təqdim etmişdir. Qeyd edilən faktiın yoxlanılması ilə əlaqədar verilmiş məhkəmənin sorğusuna cavab olaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasının 12 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dərman perepartlarının tərkibinin, maddələrin oxşar və analoqu olub-olmamasının yoxlanılması və ya rəy verilməsi “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən fəaliyyət sahəsinə aid deyildir. Bu səbəbdəndə məlumatların verilməsi mümkünsüz hesab olunmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasında dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətini (dərman vasitələri üzərində farmakonəzarəti) həyata keçirən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “X5” publik hüquqi şəxsə müraciət etməyiniz tövsiyyə olunur. Daha sonra məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” publik hüquqi şəxsin 16 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, tövsiyyə vərəqələrində göstərilmiş dərman vasitələri araşdırılmış və aşağıdakı nəticəyə gəlinmişdir: Şəxs istifadə etdiyi dərmanlar “Keday XR” 150 mq tablat, tərkibi Quetiapine, “Lusetam” 400 mq tablat, tərkibi Piracetam, “Lamiktal” 50 mq tablat tərkibi, Lamotrigine, “Roksizapin” 5mq tablat tərkibi, Olanzapine, “Biomeksin” 50 mq/ml, tərkibi, Emoxypine, “İnyeksiya” 2 ml tərkibi, Succinate, “Lustral” 100 mq tərkibi, sertralin h/x, “Sonomel” daxilə qəbul üçün məhlul-sprey tərkibi, bitki mənşəli, “Aseosink” kapsul tərkibi, bitki mənşəli, “Sedasan” kapsul tərkibi, bitki mənşəli, “Maqnisan” kapsul tərkibi, bitki mənşəli dərman pereparatlarıdır. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-psixiatrı vəzifəsində işləyən X9 verilmiş suallara cavab olaraq bildirmişdir ki, tövsiyyə vərəqələrində göstərilmiş “Keday XR”, “Lusetam”, “Lamiktal”, “Roksizapin” və “Biomeksin” adlı psixotrop dərman vasitələrinin tərkibində N- İİp-THC(+), AMP(+), MET(+) narkotik maddələr yoxdur. Beləliklə, Şəxs sidiyindən çıxan N-İİp-THC(+), AMP(+), MET(+) narkotik maddələrin onun istifadə etdiyi psixotrop dərmanların tərkibində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə Şəxs izahatında göstərdiyi yuxarıda qeyd edilən faktrarı özünümüdafiə xarakterli izahat kimi qəbul edirək, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar