Məhkəmə qərarları › İş №3(055)-414/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-414/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-414/2024 29.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X11, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. X17 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X17 izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil- Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil. Belə ki, 03 avqust 2023-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “Çinar park” restoranını 5 il müddətinə icarəyə götürmüşdür. X4 “Çinar park” restoranının işçisi olmamışdır. Onu bir müddət sonra restoranda aşpaz işinə qəbul etmək məqsədi olduğundan sonuncu işlə tanış olmaq məqsədilə restorana gəlmişdir. Saatlı rayon prokurorluğu isə Məlahət Qədirovanın guya restoranda aşpaz işlədiyini əsas götürərək qanunsuz olaraq barəsində İXM-nin 192.1-ci maddəsilə inzibati icraat başlanması barədə qərar qəbul edərək baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinə göndərmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Mil-Muğan Regional şöbəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Şikayətin dəlilləri əsassızdır. Odur ki, şikayətin rədd olunmasını məhkəmədən xahiş etdi. İşdə olan 03 avqust 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Çinar park” restoranı X5 tərəfindən 5 il müddətinə X13 icarəyə verilmişdir. İşdə olan Saatlı rayon prokurorluğunun 08 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, X4 əmək müqaviləsi olmadan 2024-cü ilin fevral ayından aprel ayınadək “Çinar park” restoranından işlərin yerinə yetirilməsinə cəlb edildiyindən X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, bu qərarla X17 İXM-nin192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Həmin Məcəllənin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X11 təqsiri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda öz təsdiqini tapmışdır. X17 X1 “Çinar park” restoranının işçisi olmadığını, sonuncunun işlə tanış olmaq məqsədilə restorana gəldiyini göstərsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, həm Zəfər Ağayev, həm də X16 rayon prokurorluğuna verdikləri izahatlarında sonuncunun “Çinar park” restoranının işçisi olmasını təsdiq etmişlər. Odur ki, məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, X11 hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinin tərkibi var və səlahiyyətli orqan haqlı olaraq cərimə inzibati tənbeh növünü tətbiq etmişdir.Lakin məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, X11 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə cərimə edilməsi qanunauyğun və ədalətlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməli, Şikayət qalan hissədə təmin edilməsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan Regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar