Məhkəmə qərarları › İş №3(055)-429/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-429/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-429/2024 26.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 25 avqust 2024-cü il tarixdə, saat 22:40 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanası Publik-Hüquqi Şəxsin inzibati binasında ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 25 avqust 2024-cü il tarixli, MN № ******* protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir.25 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində Şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanası Publik-Hüquqi Şəxsin inzibati binasında ünvansız nalayiq söyüşlər söymüş, polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşı X11 raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 25 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində “X9” iştirakçısı olan oğlu Həsənin səhhətində yaranan narahatlığa görə o, ailə üzvləri ilə birlikdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına getmiş və həmin vaxt xəstəxanada münaqişə yaranmışdır. Bu zaman ünvansız nalayiq söyüşlər söyməmiş, lakin polis əməkdaşları onu Saatlı RPŞ-yə aparmaq istəyərkən oğlunun səhhətinə görə narahat olduğu üçün polis əməkdaşları ilə getmək istəməmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X1 izahatında göstərdi ki, Saatlı Rayon Polis Şöbəsində PPXB-nin polis nəfəridir. 25 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində Saatlı RPŞ-nin X10 RMX PHŞ-nin inzibati binasında tibbi yardım almağa gəlmiş vətəndaşın ailə üzvlərinin orada səs-küy salaraq uca səslə ünvansız nalayiq söyüşlər söyməsi barədə məlumat daxil olduğundan digər polis əməkdaşları ilə birlikdə Saatlı RMX-ya getmiş və orada olan şəxsləri nizam-intizama dəvət edərkən sonuncu polisin xidməti fəaliyyətinə maneçilik etmiş, ünvansız nalayiq söyüşlər söymüş, onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Şəxs məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. X2 digər X1nun izahatına uyğun izahat verdi. İşdə olan videogörüntülərin əks olunduğu diskdən görünür ki, Şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanası Publik-Hüquqi Şəxsin inzibati binasında olarkən polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs 25 avqust 2024-cü il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və onun barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 25 avqust 2024-cü il tarixdən saat 23:50 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar