Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-431/2023 07.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1965-ci il tarixdə Kürdəmir rayonu Xəlsə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Musalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 27 fevral 2023-cü il tarixdə həyətyanı torpaq sahəsinin bölünməsi zamanı Şəxs əri X2 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. 27 fevral 2023-cü il tarixdə məhkəmədən və torpaq şöbəsindən nümayəndələr yaşadıqları Saatlı rayonu Musalı kəndində gələrək əri X2 ilə digər qayınları arasında olan mübahisəli torpaq sahələrini bölən zaman Fərhad Cəfərovla digər qaynı X3 arasında mübahisə yaranmış, bu zaman Zərərçəkmiş şəxs ərinə və ona qarşı nalayiq ifadələr işlədərək söymüş, bundan sonra o, təhqirlərə dözə bilməyib Zərərçəkmiş şəxs üzərinə gedib onun sifətinə əli ilə cırmaq atmışdır. X8 Zərərçəkmiş şəxs vurmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşı arvadıdır. 27 fevral 2023-cü il tarixdə məhkəmədən və torpaq şöbəsindən nümayəndələr Saatlı rayonu Musalı kəndinə gələrək qardaşları arasında olan mübahisəli torpaq sahələrini bölən zaman qardaşı X2 digər qardaşı X3 ilə mübahisə etməyə başlamış, o, Fərhada nümayəndələrə mane olmamasını dedikdə əvvəlcə Fərhadın arvadı Şəxs onun üzərinə hücum çəkib üzünə cırmaq atmış, daha sonra Fərhadla ikisi onu vurmuşlar. O, Fərhada və arvadına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X5 Şəxsin Sabirabad rayon şöbəsinin 06 mart 2023-cü il tarixli 45 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol təpə-alın nahiyəsində, sol gözün tış hissəsində, boynun arxa səthində, sağ bazunun orta 1/3-də iç səthdə, sağ baldırın orta 1/3-də ön səthdə qançırlar, alın nahiyəsində sıyrıq küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 27 fevral 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı Rayon Polis Şöbəsinin 06 aprel 2023-cü il tarixli, 102/2-6525 saylı arayışından görünür ki, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla, hazırda Saatlı rayonu Musalı kəndində yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 27 fevral 2023-cü il tarixdə əri X2 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ağırlaşdırıcı halın olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-431/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-431/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver