Məhkəmə qərarları › İş №3(055)-432/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-432/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-432/2023 07.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1967-ci il tarixdə Saatlı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Musalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 27 fevral 2023-cü il tarixdə həyətyanı torpaq sahəsinin bölünməsi zamanı Şəxs arvadı X4 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 27 fevral 2023-cü il tarixdə məhkəmədən və torpaq şöbəsindən nümayəndələr yaşadığı Saatlı rayonu Musalı kəndində gələrək onunla qardaşları arasında olan mübahisəli torpaq sahələrini bölən zaman o, bölgünün düzgün aparılmaması ilə bağlı irad bildirmiş, digər qardaşı X6 ilə aralarında mübahisə yaranmış, bu zaman Zərərçəkmiş şəxs ona və arvadına qarşı nalayiq ifadələr işlədərək onları söymüşdür. Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət şər və böhtandır. Ona görə də məhkəmədən ona köməklik edilməsini xahiş etdi Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşıdır. 27 fevral 2023-cü il tarixdə məhkəmədən və torpaq şöbəsindən nümayəndələr Saatlı rayonu Musalı kəndinə gələrək qardaşları arasında olan mübahisəli torpaq sahələrini bölən zaman Şəxs digər qardaşı X6 ilə mübahisə etməyə başlamış, o, Fərhada nümayəndələrə mane olmamasını dedikdə əvvəlcə Fərhadın arvadı X4 onun üzərinə hücum çəkib üzünə cırmaq atmış, daha sonra Fərhadla ikisi onu vurmuşlar. O, Fərhada və arvadına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Şəxs və Zərərçəkmiş şəxs onun dayılarıdır. 27 fevral 2023-cü il tarixdə məhkəmədən və torpaq şöbəsindən nümayəndələr Saatlı rayonu Musalı kəndinə gələrək Şəxs və digər dayıları arasında olan mübahisəli torpaq sahəsini bölərkən Şəxs digər dayısı X6 ilə mübahisə etməyə başlamış, Şəmsi Cəfərova əsəbləşdirici sözlər deyərək bacarırsa onun üstünə gələrək onu döyməsini demiş, Şəmsi Cəfərov ürək xəstəsi olduğundan o, Şəmsi Cəfərovu sakitləşdirməyə çalışmış və Fərhadın üzərinə getməsinə mane olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs Şəxs nümayəndələrin işinə mane olmamasını və mübahisə yaratmamasını söylədikdə əvvəlcə Fərhadın arvadı X1 Cəfərovun üzərinə hücum çəkərək onun üzünə cırmaq atmış, daha sonra Fərhad da Rövşənin üzərinə gedərək arvadı ilə birlikdə Rövşəni döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs və Zərərçəkmiş şəxs onun qayınlarıdır. 27 fevral 2023-cü il tarixdə məhkəmədən və torpaq şöbəsindən nümayəndələr Saatlı rayonu Musalı kəndinə gələrək Şəxs və digər qayınları arasında olan mübahisəli torpaq sahəsini bölərkən Şəxs onun əri X6 ilə mübahisə etməyə başlamış, Şəmsi Cəfərova əsəbləşdirici sözlər demiş, bacarırsa onun üstünə gələrək onu döyməsini söyləmiş, Şəmsi Cəfərov ürək xəstəsi olduğundan mübahisə etməməsi üçün X5 onu sakitləşdirməyə çalışmış və Fərhadın üzərinə getməsinə mane olmuşdur. Bu zaman Rövşən Şəxs nümayəndələrin işinə mane olmamasını və mübahisə yaratmamasını söylədikdə əvvəlcə Fərhadın arvadı X1 Cəfərovun üzərinə hücum çəkərək onun üzünə cırmaq atmış, daha sonra Fərhad da Rövşənin üzərinə gedərək arvadı ilə birlikdə Rövşəni döymüşlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Şəxsin Sabirabad rayon şöbəsinin 06 mart 2023-cü il tarixli 45 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol təpə-alın nahiyəsində, sol gözün tış hissəsində, boynun arxa səthində, sağ bazunun orta 1/3-də iç səthdə, sağ baldırın orta 1/3-də ön səthdə qançırlar, alın nahiyəsində sıyrıq küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 27 fevral 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı Rayon Polis Şöbəsinin 06 aprel 2023-cü il tarixli, 102/2-6523 saylı arayışından görünür ki, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla, hazırda Saatlı rayonu Musalı kəndində yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 27 fevral 2023-cü il tarixdə arvadı X4 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin izahatı, şahidlərin ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ağırlaşdırıcı halın olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar