Məhkəmə qərarları › İş №3(055)-439/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-439/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-439/2024 05.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Protokol tərtib etmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Saatlı RMX” PHŞ-də mühafizəçi işləyən, Bakı şəhəri, Ə.Hüseynov küçəsi, ev 5/7, mənzil 652-də qeydiyyatda olmaqla Saatlı şəhəri, O.Rzayev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Saatlı Rayon Mərkəzi X12 Şəxsin inzibati binasında ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 05 sentyabr 2024-cü il tarixli, MN № ******* protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X10 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. 04 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində Şəxs Saatlı Rayon Mərkəzi X12 Şəxsin inzibati binasında ünvansız nalayiq söyüşlər söymüş, polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir.Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşı Vüsal Kazımov raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 04 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasında olarkən əsəbi olduğundan ünvansız nalayiq söyüşlər söymüş, hadisə yerinə gələn polis əməkdaşları onu Saatlı RPŞ-yə aparmaq istəyərkən onların qanuni tələblərinə tabeçilik göstərməmişdir.Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X2 izahatında göstərdi ki, Saatlı Rayon Polis Şöbəsində NMQ-nin əməliyyat müvəkkildir. 04 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində Şəxs Saatlı RPŞ-yə dəvət etmək məqsədilə digər polis əməkdaş Vüsal Kazımovla birlikdə Saatlı RMX-ya getmiş, həmin vaxt Şəxs polisin xidməti fəaliyyətinə maneçilik etmiş, ünvansız nalayiq söyüşlər söymüş, onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Şəxs məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. X1 və X3 digər X2nun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və onun barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 04 sentyabr 2024-cü il tarixdən saat 15:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar