Məhkəmə qərarları › İş №3(055)-440/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-440/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-440/2025 18.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Heydərabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 iyun 2025-ci il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs 13 aprel 2025-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “VAZ 21214” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Dədə Qorqud kəndi ərazisindən keçən avtomobil yolu ilə Heydərabad kəndi istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsi (3.24 «Maksumum surətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq 30 km/saata qədər məhdudlaşdıran yol nişanının təsir zonasında 70-80 km/saat sürətlə hərəkət etdirərkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda, halda bunlara riayət etməyərək, «Yol hǝrǝkǝti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, avtomobilin qabaq sağ hissəsi ilə yolun sağ kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol alın təpə nahiyəsində əzilmiş yara, sağ dizin əzilməsi, döş qəfəsinin əzilməsi, sol qamış sümüyünün yuxarı 1/3-də qapalı qəlpəli yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 13 aprel 2025-ci il tarixdə saat 21 radələrində idarə etdiyi avtomobillə Dədə- Qorqud kəndi istiqamətindən Heydərabad kəndi istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ ehtiyat hissəsindən bir nəfər şəxsin asfalt yola çıxmasını görmüşdür. Həmin anda avtomobili tormoz etdirmiş və tormoz vəziyyətində hərəkət etdikdən sonra ayağını tormozdan çəkmiş, həmin anda piyadanı vurmuşdur. Piyadanın baş nahiyəsi isə zərbədən sonra avtomobilin ön alınlıq şüşəsinə dəydikdən sonra asfalt yola düşmüşdür. Dərhal avtomobili yolun sağ hərəkət hissəsində saxlamışdır. Avtomobildə sinif yoldaşı Dəyanət Mehbaliyev sərnişin qismində əyləşmişdir. Ona məlum olmuşdur ki, həmin şəxs kənd sakini Zərərçəkmiş şəxsdur. Sonra Namazın qardaşı Sabirə zəng edib hadisə barədə məlumat vermişdir. Namazı isə Sabirin avtomobilinǝ qoyub Saatlı RMX-na gətirmişlər. Orada Zərərçəkmiş şəxs həkimlərə yıxıldığını desə də, bu barədə bilməmişdir. X3 ŞMX-na aparmışlar. Onu isə Saatlı RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı iclasında iştirak etməmiş və işə baxılmasının təxirə alınması haqqında onlardan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXMnin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan 21 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "VAZ 21214" markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Saatlı rayon şöbəsinin 15 may 2025-ci il tarixli 76 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, tibbi sənədlərdə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. a/Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi «Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi. Sol alın təpə nahiyəsində əzilmiş yara, sağ dizin ezilmesi. Döş qəfəsinin əzilməsi. Sol baldırın yuxarı 1/3-də qapalı qəlpəli yerdəyişən sınıq» diaqnozu ilə Şirvan SMX PHŞ-in Cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur. b/Müayinə zamanı aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi, sol alın təpə nahiyəsində azilmiş yara, sağ dizin əzilməsi, döş qəfəsinin əzilməsi, sol qamış sümüyünün yuxarı 1/3-də qapalı qəlpəli yerdəyişən sınıq küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi.. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialda olan sübutları tədqiq edir və inzibati xəta haqqında işə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 13 aprel 2025-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “VAZ 21214” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Dədə Qorqud kəndi ərazisindən keçən avtomobil yolu ilə Heydərabad kəndi istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsi (3.24 «Maksumum surətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq 30 km/saata qədər məhdudlaşdıran yol nişanının təsir zonasında 70-80 km/saat sürətlə hərəkət etdirərkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda, halda bunlara riayət etməyərək, «Yol hǝrǝkǝti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, avtomobilin qabaq sağ hissəsi ilə yolun sağ kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol alın təpə nahiyəsində əzilmiş yara, sağ dizin əzilməsi, döş qəfəsinin əzilməsi, sol qamış sümüyünün yuxarı 1/3-də qapalı qəlpəli yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar