Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-441/2024 06.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 iyul 2024-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 iyul 2024-cü il tarixdə həyətyanı sahəsində 2 ədəd narkotik tərkibli çətənə kolları əkib becərmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, 18 iyul 2024-cü il tarixdə saat 22 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiləri nəticəsində ünvan 2 ünvanda yaşayan Şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə baxış keçirilən zaman kolların arasında onun tərəfindən qanunsuz olaraq əkilib yetişdirilmiş 2 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla barəsində cinayəti işinin başlanması rədd edilmişdir. Raport əsasında tərəfindən Şəxs barəsində İXM-in 208-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, yaşadığı Saatlı şəhəri H.Əliyev prospekti 28 saylı evdə öz istifadəsi üçün çətənə biktisi əkib becərmişdir. Həmin çətənə bitkilərinə qulluq etmişdir. Polis əməkdaşları tərəfindən 18 iyul 2024-cü il tarixdə saat 22 radələrində həyətyanı sahəsinə baxış keçirilərkən əkdiyi çətənə bitkiləri aşkar olunmuşdur. Əməlindən peşmandır və məhkəmədən ona köməklik olunmasını xahiş edir. İşdə olan Saatlı Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Mirzahid Abbasovun 22 iyul 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın surəti Şəxs barəsində AR İXM-nin 208ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Saatlı RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-18/680 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış..2 ədəd...» sözləri və imzalar sintetik torbada ümumi sayı 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-1500.0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik çətənə (kannabis) bitkiləridir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdardan aşağı miqdar başa düşülür. Göründüyü kimi Şəxs əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini xeyli miqdardan, yəni 03 ədəddən az, yəni, 02 ədəd kultivasiya etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də məhkəmə-bioloji ekspertizasının rəyi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf edib əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb ona cərimə növündə tənbehin tətbiqini kifayət saymayaraq barəsində inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 06 sentyabr 2024-cü il tarixdən saat 12:05 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-441/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-441/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver