Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-445/2024 09.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1996-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləyən, Saatlı rayonunun Mircəlalkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 7-ci mədəndə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 08 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Saatlı rayonunun Mircəlalkənd kəndində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 08 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 08 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Saatlı rayonunun Mircəlalkənd kəndində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşı Fərid Nağıyev raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXMin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək göstərdi ki, 08 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Saatlı rayonunun Mircəlalkənd kəndinin ərazisində sərxoş vəziyyətdə olduğundan idarəetməni itirərək avtomobili işıq dirəyinə çırmışdır. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir.Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X1 izahatında bildirdi ki, Saatlı Rayon Polis Şöbəsinin PPX-nın əməkdaşıdır. 08 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Saatlı rayonunun Mircəlalkənd kəndinin ərazisində xidmətdə olarkən avtomobilin işıq dirəyinə çırpıldığını görüb həmin yerə yaxınlaşmışlar. Bu zaman sürücü Şəxs hadisə yerindən qaçmaq istədiyini görüb onu nizam-intizama dəvət edərkən sonuncu sərxoş halda nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir.Ona görə də, Şəxs məcburi qaydada Saatlı RPŞ-yə aparmışlar. Daha sonra Saatlı RPŞ-yə raportla müraciət etmiş və Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X2 digər X1 ilə eyniməzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 08 sentyabr 2024-cü il tarixli 130 saylı protokolun surətindən görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXMin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 08 sentyabr 2024-cü il tarixdən saat 17:30 dəqiqədə inzibati qaydada həbs olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində olan həbs etmənin əvvəli tutulduğu gündən, yəni 08 sentyabr 2024-cü il tarixdən saat 17:30 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 08 sentyabr 2024-cü il tarixdən saat 17:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-445/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-445/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver