Məhkəmə qərarları › İş №3(055)-453/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-453/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-453/2024 16.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Rafiq Heydər oğlunun iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı şəhəri H.Əliyev prospekti 126, ev 4, mənzil 1-də yaşayan Şəxs barəsində Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 12 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C-180” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Mollavaizli kəndində kəndarası yol ilə hərəkət edərkən manevr etmə qaydasını pozmaqla Saatlı şəhəri Heydər Əliyev prospektindən keçən magistral avtomobil yolunda əks istiqamətli hərəkət zolağına çıxmış, həmin vaxt Şəxs idarə etdiyi avtomobili magistral yolun sağ orta hissəsi ilə Bəhrəmtəpə istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə “VAZ 21074” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətli pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış, Zərərçəkmiş şəxs avtomobilinin əzilməsi nəticəsində 3596 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, barəsində olan 28 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayətçi deyildir. “Mercedes Benz C-180” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X1 adına qeydiyyatda olmaqla həmin avtomobili sürmək üçün ona etibarnamə vermişdir. Lakin sürücülük hüququ məhdudlaşdırıldığından onun həmin vaxt avtomobil idarə etmək hüququ olmamışdır. Belə ki, 12 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində “Mercedes Benz C-180” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Saatlı rayon Mollavaizli kəndinə gedən kəndarası yoldan Saatlı şəhəri H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmaq üçün əvvəlcə sola baxmış, “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 400 metr məsafədə olmasını fikirləşərək idarə etdiyi avtomobili H.Əliyev prospektindəki asfalt yola çıxmışdır. Həmin vaxt “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə və “VAZ 21074” markalı avtomobilə maddi ziyan dəymiş, o və digər sürücü yüngül xəsarət almışlar. Onun avtomobilində yük və sərnişin olmamışdır. Hazırda sürücü Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməmişdir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, yaşıl rəngli “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil adına qeydiyyatda olsa da avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 12 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində Saatlı şəhəri H.Əliyev prospekti Hacıqabul-Bəhrəmtəpə magistral yolunda avtomobili 60 km surətlə idarə edərək yaşadığı evə gedərkən ağ rəngli «NİVA» markalı avtomobili ötmə əməliyyatı etmiş, ötmə əməliyyatı zamanı avtomobilin surətini 80 km saata qaldıraraq «NİVA» markalı avtomobili ötmüş, daha sonra öz hərəkət zolağına qayıtmış, lakin həmin vaxt ağ rəngli “Mercedes Benz C-180” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən asfalt yolda onun hərəkət etdiyi zolağa çıxmış, dərhal avtomobilinin əyləcini sıxmasına baxmayaraq onun avtomobili “Mercedes Benz C-180” markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində özü yüngül xəsarət almış, avtomobilinə isə 3596 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun avtomobilinə vurulmuş ziyanı ödəməmişdir. Materiala əlavə edilmiş 28 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon X4 X6 verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, ziyan aktında isə “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3596 manat ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 12 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz C-180” markalı **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Mollavaizli kəndində kəndarası yol ilə hərəkət edərkən manevr etmə qaydasını pozmaqla Saatlı şəhəri Heydər Əliyev prospektindən keçən magistral avtomobil yolunda əks istiqamətli hərəkət zolağına çıxmış, həmin vaxt Şəxs idarə etdiyi avtomobili magistral yolun sağ orta hissəsi ilə Bəhrəmtəpə istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə “VAZ 21074” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətli pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almış, Zərərçəkmiş şəxs avtomobilin əzilməsi nəticəsində 3596 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünü etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 06:304, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 16 sentyabr 2024-cü il tarixdən saat 15:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar