Məhkəmə qərarları › İş №3(055)-468/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-468/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-468/2023 14.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 aprel 2023-cü il tarixli İXP ******* nömrəli protokolda və həmin protokola əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə 19 mart 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda «VAZ 21011» markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməsi nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, sürücülük hüququ yoxdur. 19 mart 2023-cü il tarixdə gecə saat 02-03 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti istiqamətində «VAZ 21011» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olarkən Saatlı şəhəri, H.Əliyev prospektində dəmir yolu keçidinə az qalmış idarəetməni itirərək yolun ehtiyat hissəsinə çıxmış, idarə etdiyi avtomobil həmin yerdə yerləşən “Sədərək malları” mağazasının qabağında dayanmış “VAZ 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və daha sonra “Sədərək malları” mağazasının pəncərəsinə dəyərək sındırmış, nəticədə “VAZ 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və mağazanın sahibi Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 19 mart 2023-cü il tarixdə gecə saat 02-03 radələrində özünə məxsus “VAZ 21074” markalı **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunun kənarında yerləşən “Sədərək malları” mağazasının qarşısında saxlamış, bir müddət sonra Şəxs idarə etdiyi «VAZ 21011» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil onun avtomobili ilə arxadan toqquşmuş və ona maddi ziyan vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Saatlı şəhəri, H.Əliyev prospektində yaşadığı evin yaxınlığında özünə məxsus “Sədərək malları” mağazasında işləyir. 19 mart 2023-cü il tarixdə gecə saat 03 radələrində toqquşma səsi eştimiş, küçəyə çıxdıqda iki avtomobilin toqquşduğunu görmüş, daha sonra ona məlum olmuşdur ki, Şəxs idarə etdiyi «VAZ 21011» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək onun mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, daha sonra onun mağazasının ön pəncərəsinə çırpılaraq pəncərəni sındırmış və içəridəki mallara ziyan vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı ödəməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan edilmiş 19 mart 2023-cü il tarixli, 29 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 19 mart 2023-cü il tarixdə müayinə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə 19 mart 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda «VAZ 21011» markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməsi nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 334.3-cü maddəsinin dispozisiyasına görə Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanıı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Materiala əlavə edilmiş 19 mart 2023-cü il tarixli, 29 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxx 1991-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 14 aprel 2023-cü il tarixdən saat 12:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar